Həyat yoldaşını 50 minə satmışdı, ələ keçdi
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanın Qucarat ştatında həyat yoldaşını 50 min rupiyə (təxmini 882 manat) satan şəxs həbs olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla birgə daha 6 nəfər saxlanılıb.
Hadisə bu ayın əvvəllərində baş verib. Belə ki, adı açıqlanmayan kişi Palanpur şəhərinin polis idarəsinə gələrək həyat yoldaşının itkin düşməsi barədə ərizə yazıb. İki gün sonra isə özü yoxa çıxıb. Vəziyyətin "təmiz" olmamasını anlayan polis geniş araşdırmaya başlayıb və məlum olub ki, həyat yoldaşını axtaranın əslində qadını özünün də üzvü olduğu insan alverçilərindən ibarət cinayətkar qruplaşmaya satıb.
Qeyd edək ki, satılan qadın artıq azad olunub. Saxlanılanlar isə bir neçə maddə ilə ittiham olunublar. Üstəlik, xəbərin "qəhrəmanı"nın daha əvvəl bu əmələ görə həbsdə yatdığı bildirilir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 May 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















