Icma.az
close
up
RU
Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu BIÇAQLADI

Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu BIÇAQLADI

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Şəki Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Amil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Bədəlov 3 il azadlıqdan məhrum edilib.
Məhkəmə A.Bədəlova Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.
İttihama görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, A.Bədəlov 2020-ci ildə Vətən müharibəsinə gedərkən mobil telefonunu həyat yoldaşına verib. Müharibədən qayıdandan sonra o özünə yeni mobil telefon nömrəsi alıb və əvvəlki nömrəsi həyat yoldaşının istifadəsində qalıb.
Bu il yanvarın 6-da 1994-cü il təvəllüdlü Fariz Ağabala oğlu Bəyalıyev rayon ərazisində tanışı ilə yeyib-içəndən sonra Amilə görüntülü zəng vuraraq, onu yeyib-içmək məclisinə dəvət etmək istəyib. Lakin Amil telefonu açmayıb. Fariz Amilin digər nömrəsinə zəng vurub və həmin nömrə də Amilin həyat yoldaşının istifadəsində olub.
Telefonu Amil açıb və Fariz onu yeyib-içmək məclisinə dəvət edib. Vətən müharibəsində psixoloji gərginlik keçirən Amil həmin nömrənin əvvəllər özünün işlətdiyini xatırlamadığından Farizlə bu barədə söhbət etmək üçün onunla görüşə gedib.
Amil evdən özü ilə bıçaq götürərək Farizin dediyi yerə gəlib. O, Farizlə görüşüb və niyə həyat yoldaşına zəng vurduğunu soruşub. Fariz isə telefonunda həmin nömrəyə Amilin adını yazdığını göstərib.
Lakin Amil bununla razılaşmayıb və özü ilə gətirdiyi bıçaqla Farizə ürək nahiyəsindən zərbə endirib. O, hadisəni törətdikdən sonra polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gələrək, Amil Bədəlovu saxlayıblar.
Xatırladaq ki, A.Bədəlov Vətən müharibəsində iştirakına görə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı"və "hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri