Icma.az
close
up
RU
Həyat yoldaşının və ya sevgilisinin yazışmalarını icazəsiz oxuyanları cəza gözləyir? Vəkil AÇIQLADI

Həyat yoldaşının və ya sevgilisinin yazışmalarını icazəsiz oxuyanları cəza gözləyir? Vəkil AÇIQLADI

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Zaman-zaman telefonlara müdaxilə ilə bağlı məsələ gündəm olur. Xüsusilə bu mövzu qadın-kişi arasında müzakirə obyektidir. Qarşı tərəfdən gizli şəkildə telefona müdaxilə edənlər, şəxsi yazışmaları oxuyanlar və ya şəxsi fotolara nəzər salanlarla bağlı fikirlər birmənalı qarşılanmır - bu, dost da ola bilər, sevgili də, həyat yoldaşı da...Məsələn, Türkiyə qanunvericiliyində şəxsi həyatın gizliliyinin pozulması ilə bağlı maddələr nəzərdə tutulub – “Şəxsi həyatın toxunulmazlığını pozan hər kəs bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəkil və ya səslərin yazılması ilə məxfilik pozularsa, cəza artırılır”.

Maraqlıdır, Azərbaycan qanunvericiliyində bununla bağlı nələr nəzərdə tutulub? Məsələn, şəxs, telefonuna icazəsi olmadan müdaxilə edən yaxını ilə bağlı hansısa qanuni tədbirlər görə bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki,  Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var:

“Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Vəkil bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır:

“Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericilikdə bir şəxsin şəxsi məlumatlarına digər şəxsin baxması hələ özlüyündə məsuliyyət yaratmır. Məsuliyyətin yaranması üçün yayılması, habelə satılması və ya başqasına verilməsi, habelə qanunsuz toplanılması halı sübuta yetirilməlidir. Əgər bir şəxs digər şəxs barədə mütəmadi olaraq qanunsuz şəkildə şəxsi və ailə həyatının sirri olan məlumatları toplayırsa, bunun özü də məsuliyyət yaradır”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri