Icma.az
close
up
RU
Həyata keçirilsəydi qəzaların sayını 30 faiz azaltmaq mümkün olardı

Həyata keçirilsəydi qəzaların sayını 30 faiz azaltmaq mümkün olardı

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Son illərdə yol nəqliyyat hadisələrinin sayı ölkəmizdə ciddi narahatlıq yaradır. Hər bir yol qəzası təkcə maddi itkilərlə nəticələnmir, eyni zamanda insanların həyatına və sağlamlığına da ciddi ziyan vurur. Statistik göstəricilər onu deyir ki, yol nəqliyyat hadisələrinin baş verməsində əsas rol, yol hərəkəti iştirakçılarının qaydalara riayət etməməsi ilə bağlıdır. Bu, həm sürücülərin, həm də piyadaların məsuliyyətsiz davranışlarından qaynaqlanır. Nəticədə təkrarlanan qəzalar təhlükəsizlik məsələsini gündəmə gətirir və bu sahədə ciddi islahatların aparılmasına ehtiyac olduğunu göstərir.

Bəs yol hərəkət qaydalarının əsas səbəbi nədir, necə azalda bilərik?

Mövzu ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlama verib.

O bildirib ki, yol nəqliyyat hadisələrinin əsas səbəbləri ən çox yol hərəkəti iştirakçılarının öz davranışları ilə bağlıdır. Bu, həm sürücülərin, həm də piyadaların qaydalara riayət etməməsi ilə əlaqəlidir. Məsələn, piyadaların qadağan olunmuş yollardan keçməsi və sürücülərin manevr qaydalarını pozması, sürət həddinin aşılması tez-tez qəzaların baş verməsinə səbəb olur.

"Qəzaların baş verməsinin əsas səbəbi əksər hallarda sürücülər tərəfindən törədilən səhvlərdir. Bununla yanaşı ölkəmizdə yol nəqliyyat hadisələrinin sayının azalması məqsədilə 2018-ci ildə dövlət proqramı hazırlanıb. Bu proqram 2019-2023-cü illəri əhatə edib və yol təhlükəsizliyinin artırılması məqsədi daşıyıb. Lakin təəssüf ki, bu proqramın bir çox maddələri hələ də həyata keçirilməyib. Nəticə olaraq, yol nəqliyyat hadisələrinin sayı hələ də yüksəkdir".

Ekspert onu da əlavə edib ki,  əgər proqram tam şəkildə həyata keçirilsəydi, ölkəmizdə baş verən qəzaların sayını ən azı 30 faiz azaltmaq mümkün olardı. 

"Bununla yanaşı, yol nəqliyyat hadisələrinin azalması üçün ilk növbədə sürücülük məktəblərinin fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Müxtəlif formal xarakterli sürücülük kurslarının ciddi nəzarətə götürülməsi vacibdir. Bu, sürücülərin yalnız nəzəriyyə ilə deyil, həm də praktikada düzgün davranış və təhlükəsiz sürmə bacarıqları qazanmasına kömək edər".
Aysel Əkbər
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri