Icma.az
close
up
RU
Həyata sıfır dan başlamaq... “ Johatsu sindromu cəmiyyətin basqısı nəticəsində formalaşan bir fenomendir”

Həyata sıfır dan başlamaq... “ Johatsu sindromu cəmiyyətin basqısı nəticəsində formalaşan bir fenomendir”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yapon dilində “Johatsu” “buxarlanmaq” deməkdir və bu anlayış, insanların sosial təzyiq, utanc, borc, ailə problemləri və ya iş stressi səbəbilə şüurlu şəkildə həyatlarından izsiz şəkildə yoxa çıxmalarını ifadə edir. Onların məqsədi yeni bir kimliklə sıfırdan başlamaqdır. Bu fenomen 1990-cı illərdə yayılmağa başlayıb və son illərdə Yaponiyada yenidən aktuallaşıb. Hətta bu barədə sənədli filmlər də çəkilib. “Johatsu” bir növ köhnə həyatınızı tamamilə geridə qoyub sıfırdan başlamaq deməkdir. İnsanlar bunu öz istəkləri ilə edirlər.

Yaponiyada “yonigeya” sıfırdan yeni həyata başlamaq və ya iz qoymadan qaçmaq istəyən insanlara kömək edən "gecə qaçış agentlikləri" anlamına gəlir. Bu təşkilat həyatlarından narazı olan insanlara pul müqabilində yeni bir həyat təklif edir. Onlar məişət zorakılığına məruz qalan gənc qızları, bədbəxt evli kişiləri və qadınları, borclarını ödəyə bilməyənləri, iş adamlarını, istədiyi təhsili ala bilməyənləri, aliment ödəyə bilməyənləri, şirkətlərini müflis edənləri, həmçinin cinayətkarları hədəf alırlar. Bu xidmətlər çərçivəsində şəxsin rəsmi qeydiyyatı, şəxsiyyət nömrəsi və digər dövlət məlumatları silinir. Beləcə 100 minlərlə insan yoxa çıxır, qeybə çəkilir.

İnsanların sosial təzyiq, utanc və ya şəxsi uğursuzluqlar səbəbilə həyatlarından izsiz şəkildə uzaqlaşmaq istəyi (məsələn, Yaponiyadakı “Johatsu” fenomeni) psixoloji baxımdan hansı daxili ehtiyac və ya travmalarla əlaqələndirilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, bu sindrom cəmiyyətin və milli mental qaydaların basqısı nəticəsində formalaşır.

Aynur İsmayılova

“"Johatsu"” sindromu cəmiyyətin basqısı nəticəsində formalaşan bir fenomendir. Azərbaycanda bu hal müşahidə olunmur. Bu sindromdan əziyyət çəkən insanlar cəmiyyətin güclü sosial təzyiqi altında qalırlar və bu, məhz xalqa və dövlətin quruluşuna görə dəyişir. Yaponiyada onun geniş yayılmasının əsas səbəbi iş qanunlarının sərtliyi, maddi çətinliklər və “insan daim çalışmalıdır” prinsipi üzərində qurulan mentalitetdir. İnsanlar şəxsi prinsipləri ilə üz-üzə qaldıqda, istədiklərini həyata keçirə bilmədikdə və ya borc yükü altında sıxıldıqda bu sindrom daha da güclənir.

Yaponiyada işə həddindən artıq vaxt ayrılması, şəxsi həyata və istirahətə isə az diqqət göstərilməsi insanların psixoloji gərginliyini artırır. Həzzin və istirahətin azlığı, vaxtın düzgün bölünməməsi, maddi vəziyyətin pisləşməsi və borcların artması “Johatsu” fenomeninin yayılmasına səbəb olur. Bu sindrom təbii ki, öz-özünə yaranmır, cəmiyyətin və milli mental qaydaların basqısı nəticəsində formalaşır. İnsan psixologiyasında isə müəyyən hallarda özünü xilas etmə mexanizmi işə düşür və nəticədə insanlar mövcud həyatlarından tamamilə uzaqlaşmağa çalışırlar”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Yanvar 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri