Icma.az
close
up
RU
Həyatı filmlərindən dramatik olan Hollivud ulduzu

Həyatı filmlərindən dramatik olan Hollivud ulduzu

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nikolas Keyc 1964-cü ilin yanvarında Los-Ancelesdə dünyaya gəlib. Atası ədəbiyyat professoru, anası isə rəqqasə olub.

Milli.Az xəbər verir ki, anasının psixi problemləri və valideynlərinin boşanması onun uşaqlığını çətinləşdirib və emosional dünyasına dərin təsir göstərib.

Əsl soyadı Koppola olan Nikolas məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Lakin Hollivudda qohumluğu ilə deyil, istedadı ilə tanınmaq üçün komiks qəhrəmanı Lük Keycdən ilhamlanaraq "Keyc" soyadını götürüb. O, "Valley Girl" ("Dərə qızı") filmi ilə tanınıb, daha sonra "Leaving Las Vegas" ("Las Veqası tərk etmək") filmindəki rolu ilə "Oscar" qazanıb və "The Rock" ("Qaya"), "Con Air" ("Hava həbsxanası"), "Face/Off" ("Simasız") kimi filmlərlə döyüş-macəra ulduzuna çevrilib. Şəxsi həyatı da filmləri kimi dramatik olub.

Elvis Preslinin qızı Liza Mari Presli ilə evliliyi cəmi 108 gün davam edib. Milyonlarla dollar dəyərində mülk, ada və əşyalar alsa da, sonradan borca düşüb və maliyyə böhranı yaşayıb. Buna baxmayaraq, "Mandy" ("Mendi") və "Pig" ("Donuz") filmləri ilə sənətinə dönüş edib. Nikolas Keyc komiksləri sevir və nadir əşyalar toplayır. 2007-ci ildə 70 milyon illik dinozavr kəlləsini 276 min dollara alıb. Bir neçə dəfə evlənib, hazırda yaponiyalı Riko Şibata ilə ailəlidir və bir qızı var. Hazırda Nikolas Keyc fərqli obrazlarda və janrlarda çıxış etməklə aktyorluq gücünü nümayiş etdirməyə davam edir. /Baku Tv

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Oktyabr 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri