Icma.az
close
up
RU
Şöhrətin arxasında gizlənən həqiqətlər Həyatı filmlərindən dramatik olan aktyor

Şöhrətin arxasında gizlənən həqiqətlər Həyatı filmlərindən dramatik olan aktyor

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nikolas Keyc 1964-cü ilin yanvarında Los-Ancelesdə dünyaya gəlib. Atası ədəbiyyat professoru, anası isə rəqqasə olub. Anasının psixi problemləri və valideynlərinin boşanması onun uşaqlığını çətinləşdirib və emosional dünyasına dərin təsir göstərib.

Əsl soyadı Koppola olan Nikolas məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Lakin Hollivudda qohumluğu ilə deyil, istedadı ilə tanınmaq üçün komiks qəhrəmanı Lük Keycdən ilhamlanaraq "Keyc" soyadını götürüb. O, "Valley Girl" ("Dərə qızı") filmi ilə tanınıb, daha sonra "Leaving Las Vegas" ("Las Veqası tərk etmək") filmindəki rolu ilə "Oscar" qazanıb və "The Rock" ("Qaya"), "Con Air" ("Hava həbsxanası"), "Face/Off" ("Simasız") kimi filmlərlə döyüş-macəra ulduzuna çevrilib. Şəxsi həyatı da filmləri kimi dramatik olub.

Elvis Preslinin qızı Liza Mari Presli ilə evliliyi cəmi 108 gün davam edib. Milyonlarla dollar dəyərində mülk, ada və əşyalar alsa da, sonradan borca düşüb və maliyyə böhranı yaşayıb. Buna baxmayaraq, "Mandy" ("Mendi") və "Pig" ("Donuz") filmləri ilə sənətinə dönüş edib. Nikolas Keyc komiksləri sevir və nadir əşyalar toplayır. 2007-ci ildə 70 milyon illik dinozavr kəlləsini 276 min dollara alıb. Bir neçə dəfə evlənib, hazırda yaponiyalı Riko Şibata ilə ailəlidir və bir qızı var. Hazırda Nikolas Keyc fərqli obrazlarda və janrlarda çıxış etməklə aktyorluq gücünü nümayiş etdirməyə davam edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Şöhrətin arxasında gizlənən həqiqətlər - Həyatı filmlərindən dramatik olan aktyor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri