Həyatın həmişə mükəmməl olmadığını qəbul etmək daxili rahatlıq yaradır Psixoterapevt
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"İnsanlar bəzən düşüncələrində həyatdan, işdən və münasibətlərdən gözləntilər yaradırlar. Reallıq bu gözləntilərə cavab verməyəndə narazılıq yaranır. Sosial media və cəmiyyətin təzyiqi insanları başqaları ilə müqayisə etməyə məcbur edir. Nəticədə insan öz uğurlarını kiçik, həyatını mənasız görməyə başlayır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov həmişə hər şeydən narazı olan insanların xasiyyətlərinin kökündə nələrin dayandığından danışarkən bildirdi.
Onun sözlərinə görə, erkən yaşlarda formalaşan sevgi, qəbul olunmaq, dəyər verilmək ehtiyaclarının qarşılanmaması insanın özünə inamını aşağı salır:
"Bu zaman şəxs başqalarında daim günah axtarır. Özünə inamı olmayan insan hər zaman başqalarının onun gözləntisini reallaşdırmağını istəyir. Bu da insan düşüncəsində hər zaman narazılıq formalaşdırır. İnsan öncə narazılığın haradan qaynaqlandığını özü üçün müəyyən etməlidir. Gündəlik kiçik uğurların da bizə aid olduğunu unutmamalıyıq. Həyatın həmişə mükəmməl olmadığını qəbul etmək daxili rahatlıq yaradır. İnsanın öz resursları ilə addımlaması onu nəyi xoşbəxt edəcəyinə istiqamətləndirir".
Müsahibimizin sözlərinə görə, insanın öz istək və məqsədləri ilə hərəkət etməsi xoşbəxtliyini artırır.
"İnsanın gündəlik düşüncə və davranışları onun və ya başqasının həyatında narazılıq yaradırsa, psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. İnsan öz narazılığından xilas olmaq istəyirsə, bu istəyini niyyətə çevirməlidir. Dəyişmək hərəkət etməkdir. Dəyişmək fikir olaraq qalmamalıdır. İstək fikir olaraq qalanda narazılığa çevrilir", - deyə Rövşən Nəcəfov əlavə etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Yanvar 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















