Bu ölkə Venerada həyatın olub olmadığını YOXLAYACAQ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya alimləri perspektivli “Venera-D” missiyası çərçivəsində Venerada həyatın olub-olmadığını yoxlamağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI RAN) elmi rəhbəri Lev Zelenıy bildirib.
Onun sözlərinə görə, missiya zamanı iki aerostat Venera atmosferində ilkin üzvi bioloji işarələri (biomarkerləri) axtaracaq. “Bundan başqa ikinci bir tədqiqat xətti də var səthdə həyatın axtarışı”, - deyə akademik qeyd edib.
Dekabr ayında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə RAN rəhbəri Qennadiy Krasnikov bildirib ki, Rusiya planlaşdırılan missiya çərçivəsində “rus planetində” Venerada həyatın markerlərini axtaracaq.
Oktyabr ayında IKI RAN direktorlarından Anatoliy Petrukoviç isə bildirib ki, rus “Venera-D” missiyasının layihələndirilməsi 2026-cı ildə başlayacaq və onun uçuşu 2035-ci ildə baş tuta bilər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 02 Mart 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















