Icma.az
close
up
RU
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 13 iyun, AZƏRTAC

İyunun 13-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışı münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kursantlar orkestrin müşayiəti ilə Dövlət Himnini səsləndiriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, müasir, güclü və peşəkar ordu müstəqil dövlətin sütunlarından biridir. Xüsusilə Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkə üçün ordu müstəqilliyin, suverenliyin və ləyaqətin qoruyucusudur. Bu ordu Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın gələcək hərbi elitasının formalaşdırılması prosesi başlamışdı.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunun ən parlaq nəticəsi özünü 2020-ci ildə göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şəhidlərimizin qanı, qazilərimizin canı bahasına tarixi ədaləti bərpa etdi. Bu, sadəcə, hərbi qələbə deyil, bir millətin dirçəlişi, bir xalqın iradəsinin təntənəsi idi.

“Əziz gənclər! Qarşıda sizi çətin, lakin şərəfli bir yol gözləyir. Bu yolda sizi yalnız bilik, sədaqət və vətənpərvərlik irəli aparacaq. Unutmayın, siz Azərbaycan Ordusunun üzvüsünüz. Siz qalib xalqın övladısınız. Siz şəhidlərin mirasını daşıyırsınız!”, – deyən Fuad Nəcəfli qeyd edib ki, Azərbaycanın sabahı Heydər Əliyev adına Hərbi Liseyin kursantları kimi mərd və vətənpərvər gənclərlə daha da güclü olacaq.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində və digər hərbi əməliyyatlarda hərbi liseyin məzunları yüksək döyüş və peşəkarlıq nümunəsi göstəriblər. Liseyin məzunlarından 4-ü “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, 96-sı isə şəhidlik zirvəsinə ucalıb. Hazırda onlarla məzun dünyanın müxtəlif hərbi akademiyalarında – Türkiyə Respublikasında, Rusiya Federasiyasında, İtaliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirirlər. Bu ilin fevral ayında Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında keçirilən beynəlxalq təlimlərdə birinci yeri tutaraq həmin ölkənin milli müdafiə naziri tərəfindən “Koreya Quru Qoşunlarının Xidmətində Fərqlənmə” medalı ilə təltif olunan kursantın da məhz Heydər Əliyev adına Hərbi Liseyin məzunu olması liseyin beynəlxalq səviyyədə qazandığı nüfuzun və yüksək hazırlıq səviyyəsinin əyani sübutudur.

Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü tarixi Zəfərimizin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının da böyük rolu olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb.

Hərbi liseyin məzunu Ağa Əlizadə 25-ci buraxılış məzunları adından savadlı, bacarıqlı və vətənpərvər kursantlar kimi təhsil almalarında əməyi olan komandir və müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə valideynlərinə minnətdarlığını bildirib, məzun yoldaşlarını təbrik edib.

Sonra hərbi liseyin fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərmanlar, məzunlara isə attestat və hədiyyələr təqdim olunub.

Səlahiyyətli nümayəndə hərbi liseyin pedaqoji heyəti ilə görüşüb, kursantların vətənpərvər ruhda, bacarıqlı kadr kimi yetişməsi üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Fərid Abbasov təhsil ocağının rəmzi kötüyünə 2025-ci ilin xatirə lövhəsini vurduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Orkestrin müşayiəti ilə hərbi liseyin marşı ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri