Icma.az
close
up
RU
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İyunun 13-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışı münasibətilə tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib. 

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov səlahiyyətli nümayəndəyə mərasimə hazırlıq barədə raport verib. 

Səlahiyyətli nümayəndə kursantları salamlayıb. 

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Kursantlar orkestrin müşayiəti ilə Dövlət Himnini səsləndiriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, müasir, güclü və peşəkar ordu müstəqil dövlətin sütunlarından biridir. Xüsusilə Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkə üçün ordu müstəqilliyin, suverenliyin və ləyaqətin qoruyucusudur. Bu ordu Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın gələcək hərbi elitasının formalaşdırılması prosesi başlayıb. 

Səlahiyyətli nümayəndə vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunun ən parlaq nəticəsi özünü 2020-ci ildə göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şəhidlərimizin qanı, qazilərimizin canı bahasına tarixi ədaləti bərpa etdi. Bu, sadəcə, hərbi qələbə deyil, bir millətin dirçəlişi, bir xalqın iradəsinin təntənəsi idi.

“Əziz gənclər! Qarşıda sizi çətin, lakin şərəfli bir yol gözləyir. Bu yolda sizi yalnız bilik, sədaqət və vətənpərvərlik irəli aparacaq. Unutmayın, siz Azərbaycan Ordusunun üzvüsünüz. Siz qalib xalqın övladısınız. Siz şəhidlərin mirasını daşıyırsınız!”, – deyən Fuad Nəcəfli qeyd edib ki, Azərbaycanın sabahı Heydər Əliyev adına Hərbi Liseyin kursantları kimi mərd və vətənpərvər gənclərlə daha da güclü olacaq.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində və digər hərbi əməliyyatlarda hərbi liseyin məzunları yüksək döyüş və peşəkarlıq nümunəsi göstəriblər. Liseyin məzunlarından 4-ü “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, 96-sı isə şəhidlik zirvəsinə ucalıb. Hazırda onlarla məzun dünyanın müxtəlif hərbi akademiyalarında – Türkiyə Respublikasında, Rusiya Federasiyasında, İtaliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirirlər. Bu ilin fevral ayında Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında keçirilən beynəlxalq təlimlərdə birinci yeri tutaraq həmin ölkənin milli müdafiə naziri tərəfindən “Koreya Quru Qoşunlarının Xidmətində Fərqlənmə” medalı ilə təltif olunan kursantın da məhz Heydər Əliyev adına Hərbi Liseyin məzunu olması, liseyin beynəlxalq səviyyədə qazandığı nüfuzun və yüksək hazırlıq səviyyəsinin əyani sübutudur.

Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü tarixi Zəfərimizin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının da böyük rolu olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb.

Hərbi liseyin məzunu Ağa Əlizadə 25-ci buraxılış məzunları adından savadlı, bacarıqlı və vətənpərvər kursantlar kimi təhsil almalarında əməyi olan komandir və müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə valideynlərinə minnətdarlığını bildirib, məzun yoldaşlarını təbrik edib.

Sonra hərbi liseyin fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərmanlar, məzunlara isə attestat və hədiyyələr təqdim edilib. 

Səlahiyyətli nümayəndə hərbi liseyin pedaqoji heyəti ilə görüşüb, kursantların vətənpərvər ruhda, bacarıqlı kadr kimi yetişməsi üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Fərid Abbasov təhsil ocağının rəmzi kötüyünə 2025-ci ilin xatirə lövhəsini vurduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. 

Orkestrin müşayiəti ilə hərbi liseyin marşı ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib. 
Səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə məzun kursantlarla xatirə şəkli çəkdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri