Icma.az
close
up
RU
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir Deputat Ağalar Vəliyev

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir Deputat Ağalar Vəliyev

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində qerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, cağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının banisi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır. Ümumilli Liderin əbədiyyətə  qovuşmasından ötən zaman kəsiyi bizə bu tarixin əzəmətini və möhtəşəmliyni tam mənası ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındaki  əvəzsiz xidmətlərini dərindən dərk etmək imkanı verir.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. 

Heydər Əliyevin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, onun həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın hərtərəfli inkişafınin təmin edilməsində müstəsna xidmətləri olub.

Belə ki, 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib və bütün sahələrdə uğurlu islahatlar həyata keçirib.

Təbiidir ki, Sovetlər Birliyi dönəmində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayınmayıb. Keçmiş SSRİ kimi nəhəng  fövqəl  dövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunan Ulu Öndərin  Sovet  İttifaqı Komunist Partiyası  Mərkəzi Komitəsinin Sityasi Bürosunun üzvü və   Nazirlər Soveti Sədrinin  birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illər onun dünya siyasətində önəmli yer tutmasını şərtləndirib.

SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib ki, dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaradıb. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin edib.

Heydər Əliyev irsi barədə fikirlərini bölüşən Milli Məclisin üzvü diqqətə çatdırıb ki, onun formalaşdırdığı Azərbaycançılıq ideologiyası müstəqilliyi, milli birliyi, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyıb.

Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.

2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edərək, əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü işləri İlham Əliyev başa çatdıracaq. Belə də oldu və ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.

“Bu gün Heydər Əliyevin ruhu şaddır, çünki Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığına qovuşub” - deyən parlamentari əlavə edib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlər davamlı xarakter alır, ölkəmiz regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rol oynayır.

Ağalar Vəliyev vurğulayıb ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq və onu təbliğ etmək olduqca vacibdir. Çünki Ulu Öndərin dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir.

Son illər ərzində hörmətli  dövlət  başçımızın  müəlifliyi  ilə qazandığımız yüksək nailiyyətlər Ümummilli Liderin arzularının və amallarının həyata vəsiqə alması deməkdir. Heç  şübhə yoxdur  ki, Heydər  Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan  sonra daha  möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri