Icma.az
close
up
RU
Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin əbədi qoruyucusu Ağalar Vəliyev

Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin əbədi qoruyucusu Ağalar Vəliyev

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış dahi dövlət xadimidir. Ulu Öndərin fəaliyyəti həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyinin formalaşması üçün müstəsna əhəmiyyət daşıyıb. 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.   

Ümummilli Liderin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib. O, milli kadrların irəli çəkilməsi, milli mədəniyyətin qorunması, təhsil, sənaye, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirib. 

SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb. 

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib: “Dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaratdı. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin etdi. Bundan əlavə, Ümummilli Lider Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün davamlı səylər göstərib. Onun xarici siyasəti hər zaman Azərbaycanın milli maraqlarına əsaslanıb, ölkənin tərəfdaşlıq əlaqələrini genişləndirib”.

Heydər Əliyev irsi və milli ideologiyası barədə fikirlərini bölüşən Milli Məclisin üzvü qeyd edib ki, Heydər Əliyevin siyasi irsi onun rəhbərliyi ilə formalaşan Azərbaycançılıq ideologiyasında öz əksini tapır. Bu ideologiya milli birliyi, Azərbaycanın müstəqilliyini, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyır. Onun yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ulu Öndərin irsi, eyni zamanda, gənc nəslin milli ruhda tərbiyə olunmasında əsas meyardır. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. 

2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri İlham Əliyev başa çatdıracaq. Belə də oldu. Ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi. 

“Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığa qovuşub. Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, BMT kimi qurumların mötəbər tədbirlərinə, o cümlədən COP29-a uğurla ev sahibliyi edərək, qlobal problemlərin həllinə töhfələrini verir,” - deyən parlamentari əminliklə bildirib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlərin davamı gələcək, Ulu Öndərin parlaq ideyalarının işığında yeni-yeni uğur zirvələri fəth olunacaq. Azərbaycan bundan sonra da regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rolunu davam etdirəcək. 

Deputatın sözlərinə görə, Ümummilli Liderin ən böyük arzularından biri də Türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Bu ideyanı irəlilədən Azərbaycan Prezidenti İlham Əliyev Türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, öncüllük nümayiş etdirir. Həmçinin ölkəmizin qardaş Türkiyə ilə münasibətlərini dərinləşdirərək strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Ağalar Vəliyev sonda vurğulayıb ki, Heydər Əliyevin irsi, yalnız bir dövrün liderinin fəaliyyətindən ibarət deyil, həm də Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq, onu təbliğ etmək və gənc nəsillərə daha dərindən tanıtmaq vacibdir. Onun dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir. 
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri