Icma.az
close
up
RU
Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7.5 mln. sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7.5 mln. sərnişinə xidmət göstərib

Icma.az bildirir, Apa.az portalına istinadən.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.

APA-Economics” xəbər verir ki, 2024-cü ildə hava limanı 7,537 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. İl ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24% çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.

Beynəlxalq tanınma

2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub:

Skytrax World Airport Awards tərəfindən "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb. Üçüncü dəfə ardıcıl olaraq "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı Heyəti" nominasiyasında qalib gəlib. Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxış əldə edib.

Modernizasiya və innovasiyalar

Strateji inkişaf planı çərçivəsində hava limanında mühüm infrastruktur layihələri icra edilib:

Beynəlxalq standartlara uyğun uçuş-enmə zolaqlarından birinin tamamilə yenidən qurulması; Ümumi uzunluğu 4,332 metr olan yeni sürmə yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib.

Sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədilə müasir uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşkləri quraşdırılıb ki, bu da gözləmə müddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevik və rahat edir.

Ekoloji məsuliyyət

Hava limanı ətraf mühitin qorunması və ekoloji dayanıqlığın təmin olunması istiqamətində də fəal iş aparır:

Karbon qazı tullantıları 8% azaldılıb. Sistemlərin modernləşdirilməsi nəticəsində 260 kVt/saat elektrik enerjisinə qənaət edilib. Hava limanı Airport Carbon Accreditation (ACA) proqramının ikinci səviyyəsi olan "Azaltma" (Reduction) mərhələsinə nail olub.

Qeyd edək ki, 2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi yolu ilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlik standartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarının təhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də karbon izinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərin tətbiq olunması istiqamətində inkişafını davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Yanvar 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri