Icma.az
close
up
RU
Heydər Əliyev Beynəlxalq Aeroportu rekord sayda sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu rekord sayda sərnişinə xidmət göstərib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

2025-ci ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 840 minə yaxın sərnişinə xidmət göstərməklə rekord göstəriciyə nail olub. Bu rəqəm bütün illərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir. Bu müddətdə ümumilikdə 8 238 uçuş həyata keçirilib.

Aeroportdan “APA-Economics”ə verilən məlumata görə, yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlük verdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisi şəhərləri olub.

Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalq aviaşirkət arasında xüsusilə “Turkish Airlines”, “AJet”, “Fly Dubai”, “Air Arabia” və “Wizz Air” yüksək sərnişin axını ilə fərqlənib.

Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Belə ki, bu ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çox olmaqla 42 053 sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit keçib.

Milli aviadaşıyıcı AZAL tərəfindən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə daşınan sərnişinlərin sayı ötən ilin avqust ayı ilə müqayisədə 2% artaraq 79 120 nəfərə çatıb. Bu istiqamətdə həyata keçirilən uçuşların sayı isə ay ərzində 372-yə yüksəlib.

Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə göstərilən xidmətlərin yüksək keyfiyyəti və uçuşların təhlükəsizliyi istiqamətində fəaliyyətini davam etdirir. Eyni zamanda, Azərbaycanı beynəlxalq hava nəqliyyatı xəritəsində mühüm tranzit mərkəzlərindən biri kimi möhkəmləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see3863

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see310

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see253

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see149

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see144

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see142

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see142

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see140

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see140

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see138

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see137

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see134

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see130

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see128

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see128

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see128

Ülviyyə Cabbarova: 8 dövlətin iştirakı ilə yaradılan Türk Dünyası Sığorta Birliyi böyük önəm daşıyır

14 Sentyabr 2025 13:28see126

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see124

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see120

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri