Icma.az
close
up
RU
Heydər Əliyev Dünyanın enerji xəritəsini dəyişən Lider”

Heydər Əliyev Dünyanın enerji xəritəsini dəyişən Lider”

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

11 avqust 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev - Dünyanın enerji xəritəsini dəyişən Lider” mövzusunda növbəti seminarı keçirilib.

Seminarda əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, dünya görüşlü və xalqın dəstəyinə malik şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi. Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərcilikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. “Hamımıza məlumdur ki, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər ‎dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və ‎‎"Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq ‎müqavilə imzalandı. Bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 1994-cü il dekabrın 12-də qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ‎ilkin neft 1997-ci il noyabrın 12-də hasil edilməyə başladı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya ‎qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası üçün çox vacib idi. ‎

Təşkilat sədri sonda qeyd etdi ki, “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətə bağlamaq olmaz”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” və nəhayət “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bu fikirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda deyilib. Lakin tarixin vərəqlənməsi fonunda şahid oluruq ki, həm də biri digərini tamamlayan fikirlərdir. Sanki illər ərzində ölkəmizə əhəmiyyətli uğurlar qazandıran enerji strategiyasının reallaşması üçün hesablanıbmış. Bu gün fəxrlə deyə bilərik ki, əsrin geoiqtisadi vəziyyətini dəyişən müqavilə Azərbaycanın simasında həm də dünyanın enerji xəritəsini dəyişib.

Masallı Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynov məruzə ilə çıxış edərək bildirdi ki, siyasi liderlik bir və ya bir neçə fərdin həyata keçirdiyi elə bir hakimiyyətdir ki, bununla millətin nümayəndələri hərəkətə gətirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün uzaqgörən siyasəti və gərgin əməyi sayəsində, ağır və ziddiyyətli şəraitə baxmayaraq, tarixin çox qısa bir zamanı çərçivəsində ölkəsinin kövrək müstəqilliyini qoruyub möhkəmləndirməklə bərabər, respublikanın sosial-iqtisadi inkişafında və dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan modeli meydana gəldi. O, qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı Dövlət Proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və ən başlıcası ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Seminarda iştirak edən Masallı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatının sədri Mirzəbaba Mirzəyev, Faiq Abışov və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 07:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri