Icma.az
close
up
RU
Heydər Əliyev Əbədiyaşar Lider

Heydər Əliyev Əbədiyaşar Lider

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyevin həyat və fəaliyyətini Azərbaycan xalqı və beynəlxalq aləm geniş şəkildə dəyərləndirir, onun Azərbaycanın müstəqilliyini möhkəmləndirilməsi uğrunda apardığı mücadilə heç zaman unudula bilməz. Heydər Əliyevin adı Azərbaycanın dövlətçilik tarixində milli ideyalar uğrunda yorulmadan çalışan Dahi Şəxsiyyət kimi qalacaqdır. Onun adı, müasir Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunması və inkişaf etdirilməsi ilə ayrılmaz şəkildə bağlıdır.

Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni xaosdan və siyasi böhrandan xilas etdi. Onun hakimiyyəti dövründə ölkədə iqtisadiyyatın və siyasi sabitliyin bərpası məqsədilə bir sıra islahatlar həyata keçirildi. Heydər Əliyev həmçinin Azərbaycanda modern dövlət quruluşunun əsaslarını qoydu və ölkəni beynəlxalq aləmdə tanıtdı.
O dövrdə Azərbaycanın müstəqilliyi təhlükə altında idi; daxildə siyasi çəkişmələr, xaricdən isə erməni təcavüzü və digər təhdidlər ölkəni parçalanma astanasına gətirmişdi. Heydər Əliyevin uzaqgörən siyasəti və diplomatik bacarığı ilə Azərbaycanın müstəqilliyi qorundu və möhkəmləndirildi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq və iqtisadi inkişafını təmin etmək üçün bir sıra mühüm addımlar atdı. Onun hakimiyyəti dövründə, xüsusilə neft sahəsində uzunmüddətli inkişaf proqramları hazırlandı, xarici sərmayələr ölkəyə cəlb edilməklə Azərbaycanın iqtisadiyyatını gücləndirildi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi və digər strateji enerji layihələri Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilib. Heydər Əliyev "Əsrin müqaviləsi" kimi tanınan neft kontraktlarının imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Bu müqavilələr ölkəyə böyük həcmdə xarici sərmayə cəlb edərək, iqtisadiyyatın sürətli inkişafına şərait yaratdı. Heydər Əliyevin iqtisadi islahatları nəticəsində Azərbaycan regional gücə çevrildi, iqtisadi və siyasi sabitlik təmin olundu.
Xüsusi ilə qeyd etmək istərdik ki, Heydər Əliyev Azərbaycanın müstəqillik yolu və milli kimliyin qorunub inkişaf etdirilməsi sahəsində mühüm rol oynamış bir şəxsiyyətdir. Onun uzun illər ərzindəki fəaliyyəti, həm sovet dövründə, həm də müstəqil Azərbaycanın ilk illərində milli kimliyin bərpası və mədəniyyətin inkişaf etdirilməsi məsələlərinə yönəlmişdi. Heydər Əliyev üçün milli kimlik məsələsi çox mühüm idi. Sovet İttifaqının tərkibində olduğu dövrdə, Azərbaycan mədəniyyəti və kimliyi ciddi şəkildə məhdudlaşdırılmışdı. Əliyev bu məsələləri öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi qoymuşdu. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilinin inkişafına xüsusi diqqət ayırmışdır. Azərbaycan dilinin qorunması və inkişafı üçün, eləcə də ədəbiyyatın və mədəniyyətinin təbliği, xüsusilə klassik ədəbiyyat və xalq musiqisinin geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmişdir.
Heydər Əliyev xalqın milli adət-ənənələrinin qorunması və yaşadılması üçün çalışmışdır. Azərbaycanın müxtəlif bölgələrində yerli ənənələrə hörmətlə yanaşılaraq, bu adətlərin müasir dövrə uyğun şəkildə inkişaf etdirilməsi təşviq edilmişdir. Onun dövründə bir çox mədəniyyət ocaqları, teatrlar, muzeylər və kitabxanalar yenidən açılmış, bərpa edilmişdir. Azərbaycanın mədəni irsinin qorunması üçün xüsusi tədbirlər görülmüş, UNESCO ilə əməkdaşlıq genişləndirilmişdir.
Heydər Əliyev Azərbaycan müstəqillik qazandıqdan sonra, milli kimliyin bərpası və möhkəmlənməsi sahəsində də böyük işlər gördü. O, Azərbaycanın müstəqilliyinin əhəmiyyətini vurğulayaraq, ölkənin suverenliyini təmin etmək üçün çoxsaylı siyasi və diplomatik addımlar atdı.
Azərbaycanın kimliyini təkcə dil və mədəniyyət vasitəsilə deyil, həm də dövlətin hüquqi və siyasi strukturları ilə müəyyənləşdirdi. Azərbaycanın suverenliyini təmin edərək, milli kimliyi öz siyasi və sosial strukturlarında əks etdirməyə çalışdı. Onun təşəbbüsü ilə milli bayramlar bərpa olundu, tarixi abidələr bərpa edilərək xalqın sərvətinə çevrildi. Onun rəhbərliyi ilə yaradılmış siyasi və iqtisadi sistem, ölkənin müasir dövrdə də inkişafını təmin edən təməldir. Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün də reallığa çevrilir. Heydər Əliyevin dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun strateji düşüncəsi, uzaqgörənliyi və xalq sevgisi Azərbaycan tarixində ölməz bir iz buraxmışdır. Heydər Əliyev təkcə lider deyil, həm də bir xalqın ümid simvoludur.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri