Icma.az
close
up
RU
Heydər Əliyev Fondu faydalı işləri ilə ad çıxaran ictimai təşəbbüsdür ŞƏRH EDİLDİ

Heydər Əliyev Fondu faydalı işləri ilə ad çıxaran ictimai təşəbbüsdür ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Heydər Əliyev Fondu həm Azərbaycan daxilində, həm də ölkədən kənarda kifayət qədər tanınan, sevilən, qəbul edilən və faydalı işləri ilə ad çıxaran ictimai təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, işin yaxşı tərəfi odur ki, bu Fondun rəhbəri hörmətli Mehriban Əliyevadır: "Onun təcrübəsi, ümumiyyətlə, yanaşması Fondun fəaliyyətinin uğurlarını təmin edir.

Eyni zamanda Fondun vitse-prezidenti Leyla Əliyeva da çox fəal ictimai xadimdir. Təbiidir ki, bu fəallıq Fondun fəaliyyətində də özünü göstərməkdədir. Bu Fond Azərbaycandan kənarda məktəblər tikməsi ilə, humanitar fəaliyyətlər göstərməsi ilə diqqət çəkir, təqdir edilir. Eyni zamanda Azərbaycanın daxilində də eyni istiqamətdə gördüyü işlərlə çox diqqət çəkir. Özəlliklə də Azərbaycan təhsil sisteminə verdiyi töhfələrlə bu Fondun yeri bir başqadır.

Bilirsiniz ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təhsil sisteminin bütövlükdə yenidən qurulmasına ehtiyac yaranıb. Mərhələ-mərhələ dövlət məktəblərin yenilənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün tədbirlər görülür. Heydər Əliyev Fondu da Mehriban Əliyevanın başçılığı altında bu prosesdə çox yaxından iştirak edir. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Qarabağ qazilərinin, şəhid ailələrinin diqqətdə saxlanılmasını ayrıca vurğulamalıyıq. Fond onlarla bağlı çox böyük layihələr icra edir. Təbiidir ki, biz Fondun 21 illik fəaliyyəti haqqında danışarkən bütün bu məqamları bir araya toplasaq, görəcəyik ki, Fond qarşısına qoyduğu məqsədlərə nəinki nail olub, hətta ondan gözləniləndən də artıq iş görə bilib".

"Dünyada bənzər fondlar var. O cür fondların tarixi daha qədimdir. Amma Heydər Əliyev Fondu nisbətən qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq o qədim fondlardan da çox işlər görə bilib. Onu qlobal səviyyədə gerçəkləşdirməyi bacarıb. Əlbəttə ki, bundan sonra da Fondun fəaliyyətinə həm Azərbaycanda, həm də ondan kənarda çox ciddi ehtiyac var. Əminəm ki, Fond üzərinə düşəni yerinə yetirə biləcək. Ümumiyyətlə, Azərbaycanın bir dövlət olaraq müsbət imicinin formalaşdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu da ayrıca vurğulamaq lazımdır" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri