Icma.az
close
up
RU
Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir

Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış dahi dövlət xadimidir. Ulu Öndərin fəaliyyəti həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyinin formalaşması üçün müstəsna əhəmiyyət daşıyıb.” Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Ümummilli Liderin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib. O, milli kadrların irəli çəkilməsi, milli mədəniyyətin qorunması, təhsil, sənaye, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirib.
SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib: “Dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaratdı. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin etdi. Bundan əlavə, Ümummilli Lider Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün davamlı səylər göstərib. Onun xarici siyasəti hər zaman Azərbaycanın milli maraqlarına əsaslanıb, ölkənin tərəfdaşlıq əlaqələrini genişləndirib”.
Heydər Əliyev irsi və milli ideologiyası barədə fikirlərini bölüşən Milli Məclisin üzvü qeyd edib ki, Heydər Əliyevin siyasi irsi onun rəhbərliyi ilə formalaşan Azərbaycançılıq ideologiyasında öz əksini tapır. Bu ideologiya milli birliyi, Azərbaycanın müstəqilliyini, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyır. Onun yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ulu Öndərin irsi, eyni zamanda, gənc nəslin milli ruhda tərbiyə olunmasında əsas meyardır. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.
2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri cənab İlham Əliyev başa çatdıracaq. Belə də oldu. Ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.
“Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığa qovuşub. Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, BMT kimi qurumların mötəbər tədbirlərinə, o cümlədən COP29-a uğurla ev sahibliyi edərək, qlobal problemlərin həllinə töhfələrini verir,” - deyən parlamentari əminliklə bildirib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlərin davamı gələcək, Ulu Öndərin parlaq ideyalarının işığında yeni-yeni uğur zirvələri fəth olunacaq. Azərbaycan bundan sonra da regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rolunu davam etdirəcək.
Deputatın sözlərinə görə, Ümummilli Liderin ən böyük arzularından biri də Türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Bu ideyanı irəlilədən Azərbaycan Prezidenti İlham Əliyev Türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, öncüllük nümayiş etdirir. Həmçinin ölkəmizin qardaş Türkiyə ilə münasibətlərini dərinləşdirərək strateji müttəfiqlik səviyyəsinə yüksəldib.
Ağalar Vəliyev vurğulayıb ki, Heydər Əliyevin irsi, yalnız bir dövrün liderinin fəaliyyətindən ibarət deyil, həm də Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq, onu təbliğ etmək və gənc nəsillərə daha dərindən tanıtmaq vacibdir. Onun dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri