Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır

Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində ölkəmizin taleyində həlledici rol oynayıb, Azərbaycan dövlətinin xilaskarı və memarı kimi tarixə düşüb.

Onun zəngin siyasi fəaliyyəti yalnız bir dövrün deyil, bütövlükdə müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı ilə bağlıdır. Heydər Əliyevin adı xalqımızın milli dirçəlişi, dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması, iqtisadi inkişafın əsaslarının yaradılması və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi ilə ayrılmaz şəkildə bağlıdır”.

Bu fikirləri Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyev gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq bacarığı və vətənpərvərliyi ilə seçilib. Müxtəlif dövlət strukturlarında çalışdıqdan sonra o, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilərək respublikanın rəhbərliyinə gəlib. Həmin dövrdə Azərbaycan Sovet İttifaqının iqtisadi və sosial baxımdan geridə qalan respublikalarından biri idi. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti və məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddət ərzində vəziyyət əsaslı şəkildə dəyişməyə başladı.

Onun sözlərinə görə, 1970–1980-ci illər Azərbaycanın sosial-iqtisadi inkişaf tarixində xüsusi mərhələ kimi xarakterizə olunur. Bu illərdə respublikada geniş quruculuq işləri həyata keçirildi, sənayenin müxtəlif sahələri inkişaf etdirildi, yeni zavod və fabriklər istifadəyə verildi. Neft emalı, maşınqayırma, kimya sənayesi, energetika və başqa strateji sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırdı. Həmin dövrdə ölkəmizdə istehsal olunan məhsullar təkcə Sovet İttifaqının daxilində deyil, xarici ölkələrdə də tanınmağa başladı. Kənd təsərrüfatında aparılan islahatlar nəticəsində pambıqçılıq, üzümçülük və digər ənənəvi sahələr inkişaf etdi, kənd əhalisinin sosial rifahı yüksəldi.

“Heydər Əliyev iqtisadi inkişafla yanaşı, təhsil və elm sahələrinə də xüsusi diqqət yetirirdi. O, çox gözəl bilirdi ki, xalqın gələcəyi savadlı və peşəkar kadrlardan asılıdır. Bu məqsədlə minlərlə azərbaycanlı gəncin Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratdı. Sonralar həmin mütəxəssislər müstəqil Azərbaycanın dövlət idarəçiliyində, elmində, iqtisadiyyatında və hərbi sahəsində mühüm rol oynadılar. Respublikada yeni ali məktəblərin, elmi-tədqiqat müəssisələrinin yaradılması və elmi fəaliyyətin stimullaşdırılması ölkənin intellektual potensialının formalaşmasına ciddi töhfə verdi”, – deyə deputat bildirib.

Vasif Qafarov vurğulayıb ki, Ümummilli Lider milli-mənəvi dəyərlərin qorunmasını da dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə Azərbaycan dilinin, milli mədəniyyətin və tarixi irsin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi. Azərbaycan yazıçıları, alimləri, incəsənət xadimləri və mədəniyyət nümayəndələri dövlət tərəfindən dəstəklənirdi.

Deputatın sözlərinə görə, 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması milli özünüdərkin və milli kimliyin qorunması baxımından mühüm tarixi hadisə idi. Bu siyasət sonrakı dövrdə müstəqillik ideyalarının güclənməsinə və milli şüurun inkişafına mühüm təsir göstərdi.

“Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların hazırlanması oldu. Onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb gələcəkdə Azərbaycanın Silahlı Qüvvələri üçün peşəkar zabitlərin yetişdirilməsində mühüm rol oynadı. Sonrakı illərdə ölkənin müdafiə sisteminin formalaşmasında bu məktəbin məzunlarının xüsusi xidmətləri oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə çox mürəkkəb və ağır vəziyyətlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, iqtisadi tənəzzül, siyasi qarşıdurmalar və idarəetmə böhranı ölkəni dərin uçuruma sürükləyirdi. Hakimiyyət uğrunda mübarizə dövlət institutlarını zəiflətmiş, ölkədə anarxiya və xaos mühiti yaratmışdı. Dövlət müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsinin başlanması təhlükəsi real xarakter almışdı”, – deyə deputat qeyd edib.

O bildirib ki, belə bir taleyüklü dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən böyük siyasətə qayıtdı. 1993-cü ilin iyun hadisələri zamanı ölkədə yaranmış ağır siyasi böhran faktiki olaraq Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz həmin şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın xilası və dövlətçiliyin qorunması baxımından böyük tarixi əhəmiyyət daşıyırdı. O, qısa müddət ərzində ölkədə sabitliyi təmin etməyə, dövlət idarəçiliyini bərpa etməyə və milli birliyi möhkəmləndirməyə nail oldu.

Deputat vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri daxili sabitliyin təmin edilməsi idi. Müxtəlif silahlı qrupların fəaliyyəti, separatçılıq meyilləri və dövlət çevrilişi cəhdləri ölkənin gələcəyini təhlükə altında saxlayırdı. 1994 və 1995-ci illərdə baş vermiş çevriliş cəhdlərinin qətiyyətlə qarşısının alınması nəticəsində konstitusion quruluş qorundu, dövlət hakimiyyətinin dayaqları möhkəmləndirildi. Bu addımlar Azərbaycan dövlətçiliyinin gələcək inkişafı üçün mühüm zəmin yaratdı.

“Siyasi sabitliyin təmin olunması iqtisadi inkişaf üçün də əlverişli şərait yaratdı. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərindən birinə çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə ‘Əsrin müqaviləsi’ kimi daxil olan beynəlxalq neft sazişi ölkəyə milyardlarla dollar həcmində xarici investisiyanın cəlb olunmasına imkan verdi. Bu müqavilə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın dünya enerji bazarında mühüm tərəfdaş kimi tanınması və beynəlxalq mövqelərinin möhkəmlənməsi məhz bu strategiyanın nəticəsi idi”, – deyə Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və siyasi islahatlar da müasir dövlət quruculuğunun əsasını təşkil etdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi. İnsan hüquq və azadlıqlarının təmin olunması, hakimiyyət bölgüsü prinsipi və qanunun aliliyi kimi fundamental dəyərlər dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi.

Deputat əlavə edib ki, xarici siyasət sahəsində də Heydər Əliyev Azərbaycanın milli maraqlarına əsaslanan balanslaşdırılmış kurs müəyyənləşdirdi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq genişləndirildi, ölkəmizin beynəlxalq aləmdə mövqeləri gücləndirildi. Azərbaycan qısa müddət ərzində regionun mühüm siyasi və iqtisadi aktorlarından birinə çevrildi. Ölkənin beynəlxalq nüfuzunun artması, xarici sərmayələrin cəlb edilməsi və iri enerji layihələrinin reallaşdırılması bu siyasətin uğurlu nəticələri idi.

Vasif Qafarov hesab edir ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəm təməllər üzərində quruldu, ölkənin gələcək inkişaf strategiyası müəyyən edildi və milli maraqlara əsaslanan idarəçilik sistemi formalaşdırıldı. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır sınaqlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoydu.

“Bu gün ölkəmizin əldə etdiyi uğurların əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu dayanır. Bütün bunlar göstərir ki, Heydər Əliyev yalnız müəyyən bir tarixi dövrün siyasi lideri deyil, müasir Azərbaycan dövlətçiliyinin memarı, milli birliyin təminatçısı və xalqımızın taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. Onun zəngin siyasi irsi Azərbaycan xalqının milli sərvəti olaraq qalır və gələcək nəsillər üçün dövlətə sədaqət, vətənpərvərlik, uzaqgörən milli və siyasi liderlik nümunəsi kimi öz əhəmiyyətini qoruyub saxlayır”, – deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 İyun 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri