Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “İblis”in yeni təqdimatının məşqləri başladı Video

Heydər Əliyev Mərkəzində “İblis”in yeni təqdimatının məşqləri başladı Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olacaq. Artıq tamaşanın məşqlərinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir.

Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir.

Bəxtiyar Xanızadənin sözlərinə görə, bu onun üçün bir ilkdir: “İndiyə qədər musiqiçilərlə birlikdə tamaşa etməmişdim. Mənim üçün bu, bir ilk oldu. Adətən biz orkestr ifasını görürük, onun fonunda opera teatrımız, müxtəlif səhnə əsərləri təqdim olunur. Mənim istəyim isə bir qədər fərqli idi: orkestr təkcə musiqi ifaçısı kimi yox, həm də aktyorluq məharəti ilə tamaşada iştirak etsin.Tamaşanın uğuru da bundadır ki, musiqi artıq sadəcə müşayiət deyil, aktyorluqla birləşərək hadisənin dramatizmini gücləndirir”.

Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrının aktyorlarını və hadisələri isə dirijor idarə edəcək.

Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur. O deyir ki, simfonik orkestrin musiqiçiləri tamaşada dirijorun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevrilirlər: “Maraqlı cəhəti ondadır ki, burada sadəcə musiqi müşayiəti deyil, həm simfonik orkestrin ifası, həm teatrın niyyəti, həm də aktyor oyunu bir ideyanın içində birləşir. Yəni tamaşada həm musiqi, həm aktyorluq, həm də səhnə müşayiəti eyni anda baş verir. Əsərdə iblis obrazı da var, digər rolları ifa edən aktyorlar da. Mən isə həm dirijor, həm musiqi tərtibatçısı, həm də iblis rolunun ifaçısıyam. Hazırda məşqlər davam edir və burada çox böyük kütləvi səhnələr var. Elə məqam olur ki, səhnədə 120–130 nəfərə yaxın insan iştirak edir. Bu, həm orkestr, həm aktyorlar, həm də digər yaradıcı heyət üçün böyük bir məsuliyyətdir. Düşünürəm ki, bu təqdimat bütün izləyicilərin marağına səbəb olacaq və bəyəniləcək”.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə yer alır.

Qeyd edək ki, “İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnə həyatı verilib.

Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb.

Xatırladaq ki, sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq.

Lamiyə Məmmədova

Video: Xəyal Vəlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri