Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Oktyabrın 30-da Bakıda başlayacaq “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı artıq ikinci ildir təşkil olunur.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradacaq.

“Art Weekend” zamanı müxtəlif məkanlarla yanaşı, Heydər Əliyev Mərkəzində rəsmi açılış tədbiri və bir neçə sərginin təqdimatı olacaq.

“Böyük beşlik” incəsənət əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində  

Budəfəki “Art Weekend”in sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Heydər Əliyev Mərkəzində nümayiş olunacaq “Təbiət danışanda. Varislər” (When nature speaks. Heirs) adlı layihə təbiət, irs və insan məsuliyyəti mövzularını araşdıran müasir incəsənət sərgisidir.

Qafqazın “Böyük Beşliyi” - Qafqaz bəbiri, qonur ayı, boz canavar, şah qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, “biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?” sualına diqqəti çəkir.

Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. “Böyük Beşlik” festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.

Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirəcək.

Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunacaq.  

**

“Böyük Beşlik” və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Oktyabrın 30-da Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları “Böyük Beşlik” ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.

Ümumilikdə 6 rəssamın 6 əsəri -  xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənəcək.

Ekspozisiyadakı bütün əsərlər məhz “Art Weekend” çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim ediləcək.

*

Çinli rəssamın qeyri-adi rəsmləri Heydər Əliyev Mərkəzində sərgilənəcək

Festivalın ilk günündə Heydər Əliyev Mərkəzində açılacaq daha bir ekspozisiya çinli rəssam Canq Cinin (Zhang Ji) sərgisi olacaq. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq “Həqiqət dərisi” (The skin of truth) adlı sərgi “Baku Art Weekend” və “JD Malat Gallery”nin birgə layihəsidir. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirəcək. Sərgidə rəssamın “Həqiqət dərisi” və “Ultima” silsilələrindən əsərləri yer alacaq. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.

Bakı ekspozisiyasında nümayiş olunacaq əsərlər İspaniyanın Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb.

“Azərbaycan həmişə Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan olub. Ölkənizin bu zəngin mədəni sintezi uzun müddətdir diqqətimi çəkir və məndə böyük maraq doğurur. Əsərlərimi “Art Weekend 2026” çərçivəsində məhz burada təqdim etmək mənim üçün çoxdan arzuladığım bir an və yaradıcılıq karyeramda mühüm mərhələdir”- deyə rəssam bildirib.

Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyef heykəltaraşlığını xatırladan görünüş verir.

Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və s. nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.

**

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində təqdim olunacaq daha bir layihə tanınmış amerikalı rəssam Cudi Çikaqoya (Judy Chicago) aiddir.

Onun “Qadınlar dünyanı idarə etsəydilər…” (What If Women Ruled the World?) adlı art-layihəsi regionda ilk dəfə nümayiş olunacaq.

Əsər xatirələrin, hekayə danışmağın və kollektiv özünüifadənin bir vasitəsidir. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə biləcəklər.

**

Pistolettonun güzgü və süni intellekti birləşdirən əsəri Heydər Əliyev Mərkəzində

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Art Weekend”in daha bir layihəsi - italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəri təqdim olunacaq.

Layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. “Əbədiyyət güzgüsü” rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

“Əbədiyyət güzgüsü” beynəlxalq miqyasda, o cümlədən Mayami-Biçdəki The Bass İncəsənət Muzeyində, 2026-cı ilin fevral ayında Nyu-Dehlidə keçirilən Hindistan İncəsənət Sərgisində (India Art Fair) təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri