Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb FOTO

Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) "Yenidən doğulmuş gözəllik" (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyada çox məşhurlaşıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək Mərkəzdə təqdim olunacaq. "Əminəm ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər", - deyə Anar Ələkbərov qeyd edib.

Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırıb ki, bu sərgi Mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur. O, Mərkəzdə açılan sərgilərdə fəal təmsil olunduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.

Heydər Əliyev Mərkəzində belə bir sərginin açılmasından məmnunluğunu ifadə edən nigeriyalı heykəltaraş Dotun Popula sərgidə heykəltaraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olunduğunu söyləyib.

"Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim heykəllər sosial şəbəkələr üçün platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin transformasiyada katalizator rolu oynadığını, sosial-mədəni landşaftın öyrənilməsi üçün bir alət olduğunu, yenidənqurmada vasitəçiyə çevrildiyini, ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır", - deyə heykəltaraş bildirib.

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində və parkında sərgilənən eksponatlara baxıblar.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA "Ana təbiət" (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və "Öz töhfəni ver!" (Participate!) sərgisinə də baxış keçirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 120-dən çox əsər təqdim olunur.

Qeyd edək ki, Dotun Populanın sayca 7-ci fərdi sərgisi Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nə təsadüf edərək ətraf mühit və iqlim dəyişmələri mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə edilən materiallardır. Müəllifin sözlərinə görə, sərgilərdə hər bir şəxsin incəsənət üçün bağışladığı töhfəni görməsi bu əsərlərə daha da cəlbedicilik qatır.

Dotun Populanın bədii təqdimatında insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş "heç nə"dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə "Birlikdə var olmaq" (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın"Dubay Ekspo 2020" sərgisində Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdu.
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see217

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see205

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see200

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see189

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see181

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see161

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see157

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see145

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see134

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see133

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see132

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see131

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see129

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see129

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri