Icma.az
close
up
RU
Heydər Əliyev mühazirələri FOTOLAR

Heydər Əliyev mühazirələri FOTOLAR

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 29-da Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsinin növbəti qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev olub.

Giriş nitqi ilə çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ulu Öndər Heydər Əliyevin adının Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi rəmzinə çevrildiyini xüsusi vurğulayıb. O qeyd edib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, dərin strateji düşüncə tərzinə və yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını formalaşdıran, dövlətin dayanıqlı inkişafını təmin edən qüdrətli tarixi şəxsiyyətdir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş uzaqgörən strategiyasında insan kapitalının formalaşdırılması əsas hədəf kimi müəyyən olunub və bu kontekstdə təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən biri olub. Eyni zamanda çıxışda Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi irsini və strateji kursunu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirdiyi xüsusi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə edib, dövlətin gücü və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vurğulanıb ki, dövlət başçısının fəaliyyətində də elm və təhsil sahəsinin inkişafı əsas prioritetlər sırasında yer alır, bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar insan kapitalının gücləndirilməsinə və ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşdırılmasına xidmət edir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, dünyada hər bir ölkənin tərəqqisi sübut edir ki, bu uğurlar xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin gərgin əməyinin bəhrəsidir. Çünki tarixi şəxsiyyətlər yaradır. Bu mənada xalqımızın yetirdiyi böyük siyasi və dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olmaqla ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir ki, bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib. Bunun nəticəsidir ki, bu zəfərlər ölkəmizin regional təhlükəsizlik arxitekturasında əsas söz sahibi kimi qəbul olunmasını və qlobal səviyyədə diplomatik çəkisinin əhəmiyyətli dərəcədə artmasını təmin etdi.

Daha sonra məruzə ilə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib.

Daha sonra gənclərin sualları cavablandırıb, xatirə şəkli çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see256

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see254

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see247

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see242

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see240

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see230

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see227

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see222

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see218

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see215

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see213

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see212

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see197

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see189

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see188

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see186

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see175

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see163

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri