Icma.az
close
up
RU
“Heydər Əliyev palçıqa batdı, kolxoz sədrini çağırıb dedi ki, bu vaxtı pambıq suvararlar?”

“Heydər Əliyev palçıqa batdı, kolxoz sədrini çağırıb dedi ki, bu vaxtı pambıq suvararlar?”

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ulu Öndər Heydər Əliyev hər zaman bizim xatirimizdədir. Onun incəsənət, xüsusilə də rəssamlıq və heykəltəraşlıq sahəsinə verdiyi töhfələr heç vaxt yadımızdan çıxmaz. Rəssamlıq akademiyasının yaradılması haqda 2000-ci ildə məhz ümummilli lider Heydər Əliyev fərman imzalamışdı. O illərdən bu günə qədər 3-4 min rəssam sənət aləminə qədəm qoyub. Onların içərisində xalq rəssamları da, əməkdar rəssamlar da var ki, müxtəlif xarici ölkələrdə Azərbaycan rəssamlıq sənətini təbliğ edirlər. Heydər Əliyevlə mən bir neçə dəfə görüşmüşəm. Ən əsas görüşlərimiz səfərlərdə olub. Almaniya səfərində gedəndə o  bizə tapşırıq verdi ki, “Səttar Bəhlulzadənin də əsərlərini götürün, orada nümayiş etdirək”. Səfər 3-4 gün çəkdi. Hardasa 40-a yaxın Səttar Bəhlulzadənin əsərlərindən aparmışdıq. Protokol qaydaları ilə məni tanış edib dedilər ki, sərgini nümayiş etdirmək üçün cəmi 20 dəqiqə vaxtınız var. Heydər Əliyevlə Almaniyanın prezidenti Helmut Kol sərgiyə gəldilər. Heydər Əliyev mənə dedi ki, “sən bu əsərlərin texnikasını, üslubunu mənə söylə, qalan hər şey haqqında özüm danışacam”. Səttar Bəhlulzadənin əsərlərini Heydər Əliyev o qədər gözəl təqdim edib, danışdı ki... Həmin əsərlərdəki şəhərlərin mədəniyyətini, iqtisadiyyatını, təbiətini sözlərlə elə təsvir etdi ki.. 50 dəqiqəyə yaxın bir təqdimat oldu”

Bunu Moderator.az-a açıqlamasında xalq rəssamı Səlhab Məmmədov deyib. O daha sonra əlavə edib:


“Siz bir bilsəydiniz Ulu Öndər Azərbaycanı necə sevirdi? Heydər Əliyevlə bir dəfə də İrana getmişdik.. Qərara gəldik ki, gedib tarixi yerlərə baxaq. İsfahanın məscidləri, relyef mozaykaları, tarixi abidələri haqda Heydər Əliyev bir-bir bizə məlumat verirdi.. Bir bilsəniz o abidələrin üslublarını necə gözəl bilirdi, tanıyırdı.. O gəzməkdən doymurdu, yorulmurdu. Onda böyük enerji, tariximizə qarşı böyük sevgi var idi. Bizə dedi ki, “siz yorulmusuz, gedin otelə, mən İsfahan metallurgiya zavodunu da gəzəcəm”. Sovet illərində bizdən alınan emalatxanaları yenidən bizə bağışladı. Bu bizim üçün həddindən artıq böyük bir hədiyyə idi. Sovet vaxtı bizi pambıq sahələrinə aparırdı. Səhər saat 6-da dururdu, biz də məcbur idik ki, tez oyanaq. Bilirsiz də rəssamlar bir az çox yatmağa meyillidirlər (gülür). O pambığın texnikasını, nə qədər suvarmasını da dəqiq bilirdi. Bizə deyirdi ki, “siz bu pambıqçıların, tarlaların rəsmlərini çəkməlisiz”. Heç yadımdan çıxmaz, Mais Məmmədov “Vremya” proqramı üçün Heydər Əliyevdən müsahibə almalı idi.. O dedi ki, yaxşı olardı tarla fonunda müsahibə edək. Dedi ki, yaxşı. Heydər Əliyev getdi dayandı düz tarlanın ortasında, müsahibə verdi. Tarladan çıxandan sonra kolxoz sədrini və rayonun birinci katibini yanına çağırıb dedi ki, “siz bu texnologiyanı bilmirsiz? Bilmirsiz ki, bu dövrdə pambığı suvarmaq olmaz?” Həqiqətən də pambıq tarlası və Heydər Əliyevin ayaqları palçıq içində idi. Ulu Öndər bütün sahələri dərindən bilirdi. Heydər Əliyevin hakimiyyətdə olduğu illəri mən qızıl dövr adlandırardım. Nə qədər Azərbaycanın mədəniyyəti və inkişafı var, Heydər Əliyev hər zaman yaşayacaq” deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri