Icma.az
close
up
RU
Heydər Əliyev və Azərbaycanda milli ruhun gücləndirilməsi

Heydər Əliyev və Azərbaycanda milli ruhun gücləndirilməsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixi, mədəni və siyasi irsinin qorunması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Onun rəhbərliyi altında Azərbaycan xalqının milli ruhu yüksəldilmiş, Qarabağda tarixi və mədəni irs qorunaraq gələcək nəsillərə ötürülmüşdür.

Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilməsi milli özünüdərk və tərəqqi dövrünün başlanğıcı olmuşdur. Bu dövrdə Qarabağ bölgəsi xüsusi diqqət mərkəzində olmuş, bölgədə yaşayan azərbaycanlı əhalinin hüquqlarının qorunması və sosial rifahının yüksəldilməsi prioritet məsələ kimi irəli çəkilmişdir.

Heydər Əliyev milli maraqları qorumaqla yanaşı, mədəni və tarixi irsin bərpasına xüsusi önəm vermişdir. Şuşa şəhərinin abadlaşdırılması, tarixi abidələrin qorunması və bərpası bu diqqətin parlaq nümunəsidir. O, 1967-ci ildən Şuşaya səfər edərək şəhərin tarixi-mədəni əhəmiyyətini dəyərləndirmiş və Bakıya qayıtdıqdan sonra şəhərin qorunması və bərpası barədə göstərişlər vermişdir.

1970-ci illərin ikinci yarısında Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində geniş quruculuq işləri aparılmış, tarixi binalar bərpa edilmiş, yeni yaşayış və inzibati binalar inşa edilmişdir. Şuşanın ümumittifaq səviyyəli kurort şəhəri kimi statusu artırılmış, şəhərin mədəni və turizm potensialı inkişaf etdirilmişdir. Bu tədbirlər nəticəsində bölgədə milli ruh güclənmiş, Azərbaycan mədəniyyəti və tarixi irsi qorunmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsi inşa edilmiş, poeziya evləri açılmış, Azərbaycan klassiklərinin yaradıcılıq irsi qorunmuşdur. Bu addımlar yalnız mədəni irsi qorumaqla kifayətlənməyib, həm də bölgədə azərbaycanlıların milli kimliyini gücləndirmişdir. Ümummilli Lider Şuşada həmçinin dini dəyərlərin qorunmasına diqqət göstərmiş, məscidlərin fəaliyyətinə və dini inancların təşviqinə şərait yaratmışdır.

Xankəndində Pedaqoji İnstitutun açılması və Azərbaycan bölməsinin yaradılması da Heydər Əliyevin Qarabağda elmi və mədəni mühitin inkişafına verdiyi töhfənin göstəricisidir. Bu institut əhalinin yüksək təhsil almasına imkan yaratmış, bölgədə elmi-mədəni mühitin formalaşmasına xidmət etmişdir.

Heydər Əliyevin milli ruhun gücləndirilməsi istiqamətində atdığı addımlar təkcə mədəniyyət və təhsil sahələri ilə məhdudlaşmamışdır. Onun rəhbərliyi dövründə Qarabağda iş yerləri yaradılmış, iqtisadi inkişaf təmin edilmiş və əhalinin həyat səviyyəsi yaxşılaşdırılmışdır. Bu, bölgədə sosial sabitliyin və milli ruhun yüksəlməsinin təmin edilməsinə imkan vermişdir.

Ümummilli Liderin milli ruhun gücləndirilməsi siyasəti müstəqillik dövründə də davam etmişdir. 1993-cü ildən sonra Azərbaycan Prezidenti Heydər Əliyev Ermənistanın işğalçı siyasətinə qarşı qətiyyətlə mübarizə aparmış, Xocalı soyqırımına hüquqi və siyasi qiymət vermiş, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününü təsis etmişdir. Bu addımlar Azərbaycan xalqının milli yaddaşının qorunması və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.

İkinci Qarabağ müharibəsi zamanı isə Azərbaycanın milli ruhu və vətənpərvərlik duyğuları öz parlaq ifadəsini tapmışdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmiş, Qarabağın baş tacı Şuşa şəhərini düşmənlərdən təmizləyərək bölgədə milli ruhu daha da gücləndirmişdir.

Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyev Qarabağda milli ruhun oyadılması və qorunması sahəsində tarixi xidmətlər göstərmişdir. Onun mədəni, tarixi və dini dəyərlərə verdiyi önəm, bölgədə milli kimliyin gücləndirilməsi və gələcək nəsillərin bu irsi qoruması üçün etibarlı zəmin yaratmışdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan xalqının milli ruhu və mədəni irsi qorunaraq gücləndirilmişdir.

Mirələm Calalov, 

YAP “Bakıxanov prospekti 42” (RTTTYM PHŞ) üzrə ərazi partiya təşkilatıının sədri,

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” PHŞ-in direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri