Icma.az
close
up
RU
Qalib Azərbaycanda Heydər Əliyev irsi

Qalib Azərbaycanda Heydər Əliyev irsi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan

dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət

mənim həyatımın mənasıdır, məzmunudur”.

Heydər ƏLİYEV

Ümummilli lider Heydər Əliyevin siyasi irsi çağdaş Azərbaycanın tarixində bir özül rolunu oynayır. Onun strateji baxışı, idarəetmə modeli və milli dövlətçilik prinsipləri Qalib Azərbaycanın zəfərlərində və dünyabaxışında önəmli iz buraxıb. Ancaq bu irs yalnız tarixi uğurlardan ibarət deyil; Heydər Əliyev irsi davamlı inkişafın, milli həmrəyliyin və qlobal perspektivlərin bələdçisi olan gələcəkyönümlü tarixi hadisədir.

İrsdən Zəfərə: Heydər Əliyevin yol xəritəsi

Heydər Əliyev müstəqillik dövrünün ən kritik mərhələsində Azərbaycanı xaosdan sabitliyə, sabitlikdən isə inkişafa aparan bir lider kimi tarixə düşüb. Onun enerji strategiyası – özəlliklə, siyasi iradəsinin təntənəsi olan Bakı-Tiflis-Ceyhan layihəsi – yalnız iqtisadi yüksəlişə deyil, həm də Azərbaycanın qlobal siyasi önəminin artmasına şərait yaratdı. Bu strategiya, həmçinin 2020-ci ildə Qarabağda qazanılan Zəfərin geopolitik zəminini hazırladı. Ümummilli liderin öz sözləri ilə desək, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. – Güclü iqtisadi bazis olmadan hərbi gücün dayanıqlılığının çətin olduğu heç kəs üçün sirr deyildir.

Zəfərdən irsə: Yeni mərhələdə Heydər Əliyevin dəyərləri

Qalib Azərbaycan Heydər Əliyevin qoyduğu təməllər üzərində yüksəlir – bu, sadəcə tarixi irsin qorunması ilə məhdudlaşmır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ümummilli liderin ideyalarını XXI yüzilin çağırışlarına uyğun olaraq, həyata keçirir. Qarabağın, Gündoğar Zəngəzurun qurtuluşu yalnız hərbi zəfər deyil, həm də Heydər Əliyevin milli həmrəylik və ərazi bütövlüyü prinsipinin həyata keçməsidir.

Ata vəsiyyəti və Ali Baş Komandanın Zəfər raportu!

Heydər Əliyevin siyasi fəlsəfəsində “milli mənlik şüuru” önəmli tuturdu. Bu, yalnız Azərbaycanın sərhədləri daxilində yaşayan azərbaycanlılara deyil, bütün Dünya azərbaycanlılarına ünvanlanan bir çağırış idi. İlham Əliyevin başçılığı ilə bu fəlsəfə parlaq gerçəklik qazandı: işğalçı Ermənistan və havadarları üzərində qazanılan Zəfər, yalnız torpaqların qurtuluşu deyil, həm də milli qürurun bərpası, yeni milli hədəflərlə çıxış etmə imkanı deməkdir! Şuşa azad olunanda, Xankəndində bayraq ucaldılanda Prezidentin ürəyindən keçənlər və nitqində əks olunanlar ümumxalq arzu və istəklərinin toplusu olub, əcdadın ruhunu şad etdi, gələcək nəsillərə yol göstərdi…

Heydər Əliyevi anlamaq və gələcəyə baxmaq

Dövlət müstəqilliyimizin taleyinin xalqımızın birliyindən, həmrəyliyindən, xalqın öz müstəqilliyini qorumaq əzmindən asılı olduğunu bildirən Ümummilli lider deyirdi: “Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram”.

Ümummilli liderin irsini anlamaq sadəcə onun keçmişdə gördüyü işləri qiymətləndirməkdən ibarət deyil, əlbəttə; əlbəttə, onun ideyaları çağdaş texnologiya və qlobalizasiya dönəmində də aktualdır. Örnəyi, onun iqtisadi inkişaf fəlsəfəsi çağdaş dövrdə yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf kimi prioritetlər üçün də, bələdçi rolunu oynayır.

Beləliklə, Heydər Əliyev irsi yalnız tarixi deyil, eləcə də, gələcəyə baxışı ifadə edir. Qalib Azərbaycanın durumu, tutumu onun uzaqgörən siyasətinin, müdrik dövlətçilik məktəbinin və xalqcanlılığının təntənəsidir. 44 günlük müharibədə və bir sutkadan da qısa sürən antiterror tədbirlərində əldə edilmiş tarixi uğur, bu irsin davamlılığının sübutu, gələcək isə bu irsin yeni mərhələlərdə necə inkişaf edəcəyinin göstəricisi olacaqdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see246

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see216

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see212

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see209

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see208

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see206

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see205

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see202

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see199

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see199

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see196

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see191

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see188

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see187

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see184

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see183

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see181

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see178

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see176

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri