Icma.az
close
up
RU
Heydər Əliyev və müharibə iştirakçıları: qayğı, diqqət, hörmət...

Heydər Əliyev və müharibə iştirakçıları: qayğı, diqqət, hörmət...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Ulu Öndərin II DünyaMüharibəsi iştirakçılarına qayğısı və diqqəti İlham Əliyevə miras qaldı

Bu il faşizm üzərində qazanılan o möhtəşəm qələbənin 78-ci il dönümüdür. İndi hər nə qədər əksi düşünülsə də, bir zamanlar o da bizim vətənimiz idi. Uğrunda yüzminlərlə şəhid verdiyimiz, yüzminlərlə qazi qazandığımız, 15 ayrı respublikanın var etdiyi SSRİ. 700 min azərbaycanlının getdiyi sarsıdıcı müharibədən 300 min nəfəri geriyə qayıtmadı, şəhid olduğu uzaq ellərdə dəfn edildi, ailəsi qəbrini görə bilmədi, ziyarət etmək imkanı olmadı.

Müharibə iştirakçılarına göstərilən qayğı

4 il o cəbhələrdə göstərdikləri cəsarətə görə 139 soydaşımız “Sovet İttifaqı Qəhramanı” adına layiq görüldü, 30 nəfər şərəf ordeni, 170 min əsgər və zabitimiz isə SSRİ-nin müхtəlif orden və medalları ilə təltif olundular. Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov, Qafur Məmmədov, Gəray Əsədov, İsrail Məmmədov, Adil Quliyev, Ziya Bünyadov, Mehdi Hüseynzadə və bir çoх başqaları öz qəhrəmanlıqları ilə хalqımızın şərəfli adını SSRİ-nin tarixinə heç vaxt silinməyəcək cəsarətlə yazıblar. Kim bilir, o qəhrəmanlar olmasaydı o müharibənin nəticəsi necə olacaqdı...

1996-cı ildə 2-ci Dünya Müharibəsi iştirakçılarına, müharibə illərində arxa cəbhədə çalışan zəhmətkeşlərə və həlak olmuş döyüşçülərin dul qadınlarına 1941—1945-ci müharibəsində Qələbənin 50 illiyi ilə əlaqədar olaraq əlavə güzəştlər və maddi yardım haqqında Sazişin təsdiq edilməsi barədə qanun Heydər Əliyevin müharibə iştirakçilarına və onların ailələrinə qayğısının hələ başlanğıcı idi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 May Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin edildi. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu qayğı öz hüquqi əsasını tapdı. “Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olub” – deyən Heydər Əliyev müharibə veteranlarını “xalqımızın qızıl fondu” adlandırırdı.

9 Mayı niyə ləğv etmək istəyirdilər?

Müstəqilliyin ilk illərindəki hakimiyyət xalqımızın qəhrəmanlıq tarixini əks etdirən 9 May – Qələbə Gününün dövlət səviyyəsində qeyd edilməsinin əleyhinə idi. Bu addım o müharibədə can qoymuş, şəhid, qazi olmuş minlərlə azərbaycanlıya qarşı hörmətsizlik, saymamazlıq idi. Bu müharibə 70 il bir imperiyanın tərkibində yaşayan, 1990-cı ildə qanı ilə öz azadlıq tarixini yazan bir xalqın tarixidir. Fərqi yoxdur həmin dövrdə SSRİ-nin tərkibində olmuşuq, azad olmuşuq – nəticədə tarixin ən dağıdıcı müharibələrindən birində bu xalqın böyük qəhrəmanlığı, şücaəti var və bu tarixi silmək yüz minlərlə azərbaycanlıya xəyanət etmək demək idi. Bu tarixi silmək o müharibədə şəhid olan azərbaycanlıların ailələrinə qarşı dövlət etinasızlığı demək idi. Lakin Heydər Əliyev buna imkan vermədi.

Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

İlham Əliyev veteranlara xüsusi qayğı göstərir

İkinci Dünya müharibəsində igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər. “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik” deyən prezident İlham Əliyev öz atasından miras aldığı bu diqqəti, qayğını müharibə veteranlarına hiss etdirir: “Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”.

İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Hər il müharibə iştirakçılarına, habelə əmək veteranlarına birdəfəlik pul mükafatının verilməsi də, “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam da bu təbəqədən olan vətəndaşlara dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti göstəricisidir.

Müharibə iştirakçılarının təqaüdləri də artırıldı

Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2022-ci il 19 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.

2023-cü ildə Prezident İlham Əliyev müharibəsi iştirakçılarına, İkinci Dünya müharibə dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması barədə sərəncam da imzaladı.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see424

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see143

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see141

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see130

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see126

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see126

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see116

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri