Icma.az
close
up
RU
Heydər Əliyev və təhsilimiz

Heydər Əliyev və təhsilimiz

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Yüksək inkişaf etmiş təhsil cəmiyyətin, dövlətçiliyin, iqtisadiyyatın və sosial-rifahın inkişafını təmin edir, ölkənin siyasi, hüquqi, beynəlxalq və hərbi qüdrətini gücləndirir. Bu səbəblərdən Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ulu Öndərin təhsil siyasəti dərin milli mənafelər üzərindən qurularaq ölkənin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir.
"Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır"-deyən Ulu Öndər Heydər Əliyev hələ 1969-1982-ci illəri əhatə edən hakimiyyətinin birinci dövründə bu məqsədlərə xidmət edən təhsil islahatları həyata keçirmişdir. Qeyd edim ki, Azərbaycanda mövcud olan təhsil müəssisələrinin əksəriyyəti həmin illərdə yaradılmışdır. Həmin illərdə SSRİ-in ən nüfuzlu ali məktəblərində respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan ixtisaslar üzrə 1000-dən çox gənc ali təhsil almışdır. Bu çox böyük nailiyyət olmuşdur.
Həmin illərdə yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması həm də həmin sahələr üzrə ali və orta ixtisas təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir.
Ulu Öndər Heydər Əliyev hakimiyyətdən getdikdən sonra ölkədə baş vermiş hadisələr, ictimai-siyasi vəziyyət təhsilimizə də çox mənfi təsir göstərmişdi. 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev təhsil siyasətinin prioritet sahə olduğunu bəyan edərək, bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməyə başlamışdır. Onun qəbul etdiyi qərarlarla, imzaladığı fərman və sərəncamlarla təhsilimizdə düşünülmüş, Avropa təhsil məkanına inteqrasiyanı və ölkənin inkişafını təmin edə biləcək mütəxəssis hazırlığı ilə bağlı köklü islahatlar həyata keçirilməyə başlanılmışdır.
Ulu Öndər Ölkə vətəndaşlarının təhsil hüququnu təmin etmək, Milli Təhsil Konsepsiyasının müddəalarını gerçəkləşdirmək, təhsil sistemində aparəlan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, təhsildə maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Fərman imzalamışdır. Fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi yeni minillikdə milli təhsil sisteminin yaradılmasına yönəlmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə - 1993-2003-cü illərdə həyata keçirdiyi tədbirlər nəticəsində təhsilimizin davamlı inkişafının dayanıqlı bünövrəsi yaradıldı.
Bu gün Ölkə Prezidenti Cənab İlham Əliyev Ulu Öndərin uzaqgörən siyasətini davam və inkişaf etdirərək təhsili aktual bir sahə kimi daim diqqətdə saxlayır. Cənab Prezidentin təhsil sahəsindəki uğurları Ölkəmizin davamlı inkişafına əhəmiyyətli töhfələr verir.

Zohra Semedova
Qamət Abbasov adına
284 nömrəli məktəbin müəlliməsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 May 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1229

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see512

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see401

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see401

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see387

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see346

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see329

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see291

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see231

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see219

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see212

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see204

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see195

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see185

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see180

Anar Babayev 2 nəfərə vəzifə verdi

07 Oktyabr 2026 15:13see177

Azərbaycanda hansı bank daha ucuz kredit verir? SİYAHI

07 Oktyabr 2026 15:00see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see170

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri