Icma.az
close
up
RU
Heydər Əliyev və Türk Dünyası

Heydər Əliyev və Türk Dünyası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən  Türk Dünyası Araşdırmaları Mərkəzi və Evrika Liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk Dünyası” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir Evrika Liseyində təşkil olunmuş, elm, təhsil və ədəbiyyat ictimaiyyətinin nümayəndələrini bir araya gətirmişdir.

Tədbirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin Türk dünyasının birliyi, ortaq milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətləri ictimaiyyətə, xüsusilə gənc nəslə daha dolğun şəkildə çatdırmaq olmuşdur.

Tədbiri giriş sözü ilə açan Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Heydər Əliyevin 1993-cü ildə ölkənin ən ağır və taleyüklü dövründə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanma və dövlətçilik böhranından xilas etdiyini vurğulamışdır. O, Naxçıvandan başlanan milli mübarizə xəttinin ümummilli miqyas aldığını, Türkiyə–Azərbaycan münasibətlərinin isə Türk dünyası birliyinin strateji dayaqlarından birinə çevrildiyini qeyd etmişdir. Bildirilmişdir ki, bu siyasi irs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Evrika Liseyinin təsisçisi Xudu Rzayev və direktor Ofeliya Muradova gənclərin vətənpərvər ruhda formalaşmasında bu cür tədbirlərin əhəmiyyətindən danışmışlar. ADU-nun professoru Adil Babayev Heydər Əliyevin dil siyasətini elmi aspektdən təhlil etmiş, şair Rüstəm Behrudi isə Türk dünyasının ortaq ruhu və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunmuşdur.

Tədbir çərçivəsində fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış və “Heydər Əliyev və Türk Dünyası” mövzusu milli birlik ideyasının gənc nəslə aşılanması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilmişdir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:308
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri