Icma.az
close
up
RU
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib

Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 5 may, AZƏRTAC

Mayın 5-də Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyi münasibəti ilə “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə “Şuşa” Konqres Mərkəzində baş tutan tədbirdə Türkiyə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin məsul şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məslisinin deputatları, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının Ankaradaki səfirləri, sabiq diplomatlar, SOCAR və bir sıra qeyri-hökümət təşkilatlarının nümayəndələri, həmçinin qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

TADİV rəhbəri professor Aygün Attar rəhbərlik etdiyi fondun Azərbaycan xalqının ümummilli liderinin uzaq görən təşəbbüsü ilə yaradıldığını xatırladıb. Heydər Əliyevi “Türk dünyasının ortaq dəyəri” adlandıran A. Attar, bu dahi şəxsiyyətin sadəcə Azərbaycana deyil, bütün türk xalqlarına xidmət etdiyini vurğulayıb:“Ümummilli Lider hələ Sovet İttifaqı dövründə türk xalqlarının tanınmış şəxsiyyətləri, mədəniyyət xadimləri ilə yaxın münasibətlər quraraq milyonların hörmətini qazanmışdı. Türk xalqlarının dəyərlərini və mirasını qorumağa çalışan Heydər Əliyev dedikdə, həm də Çingiz Aytmatovla və Oljas Suleymenovla qurulan dostluqları yada salırıq. Mahtumqulunun yaradıcılığının, Kitabi-Dədə Qorqudun hərtərəfli öyrənilməsini də böyük düha sahibinə borcluyuq”.

Onun sözlərinə görə, bu gün türk dövlətlərinin hər bir bölgəsində Heydər Əliyevi ehtiramla yad edirlər.

“Azərbaycan xalqının Ümummilli Liderinin formalaşdırdığı bünövrə Türk Dövlətləri Təşkilatı ideyasına təkan verdi. Türkdilli dövlətlər arasında güclənən dostluq Heydər Əliyevin türk dünyasına baxış açısının təzahürüdür”, deyə A. Attar əlavə edib.

Fond rəhbəri bildirib ki, tədbir çərçivəsində səsləndirilən çıxışlar “Heydər Əliyev və Türk Dünyası” adll kitab formasında hazırlanaraq nəşr ediləcək.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrünün Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlı olduğunu bildirib.

“Sovet İttifaqı ərazisində yaşayan hər bir türk Heydər Əliyevlə qürur duyurdu. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev müstəqilliyini bərpa edən Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxartmaq üçün qəti addımlar atdı. Xalqın dahi oğlu Azərbaycanı tərəqqi yoluna çıxartmaq siyasəti yeritməyə, güclü, zəngin və qüdrətli dövlət yaradmağa başladı” - deyən səfir Ümummilli Liderin hər zaman Türk dövlətləri ilə münasibətlərə də xüsusi önəm verdiyini vurğuladı.

Səfir qeyd edib ki, bütün ömrünü doğma xalqına həsr edən Heydər Əlyevin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Türkmənistanın Ankaradakı səfiri Mekan İsankuliyev də öz növbəsində Heydər Əlyevi “inkişaf edən Azərbaycanın təməllərini atan qüdrətli siyasət və dövlət xadimi” adlandırıb. Deyib ki, Azərbaycan xalqının Ümumilli lideri türk xalqları arasında qardaşlıq bağlarını gücləndirib.

Beş il boyunca Türkmənistanın Azərbaycandaki səfiri vəzifəsini icra etdiyini xatırladan Mekan İsankuliyev Heydər Əliyevin xatirəsinin ölkəsində də böyük ehtiramla yad edildiyini vurğulayıb: “Əminəm ki, Heydər Əliyev hər bir Azərbaycan vətəndaşı üçün ilham qaynağıdır. Çünkü bu dahi şəxsiyyətin kursu Azərbaycanı layiq olduğu yerə çatdırıb” –

2023-cü ildə Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 100 illiyi münasibəti ilə Türkmənistanda da bir sıra tədbirin keçirildiyini xatırladan səfir, Aşqabadda Heydər Əliyev irsi ilə bağlı tematik sərgilər, konfranslar, konsert proqramları və fotoğraf sərgilərinin təşkil olunduğunu xatırladıb.

Qırqızıstanın Ankaradaki səfiri, sabiq xarici işlər naziri Ruslan Kazakbayev Ulu Öndər Heydər Əliyevi “dövrünün dahi lideri” və “siyasət ustası” adlandırıb.

Diplomat bildirib ki, müasir Azərbaycanın büyuk uğurlarının təməlləri məhz Ümummilli Liderin rəhbərliyi dövründə atılıb.

“Azərbaycanı xilas edən Heydər Əliyev tarixin bir səhifəsi deyil, tarixin özüdür”, deyən Kazakbayev, Ümummilli Liderin “milyonlara vətən sevgisini aşılayan düha” olduğunu deyib: “Dünyada bilinən “Azərbaycan Yolu” modelinin banisi Heydər Əliyevdir və bu uğur danılmazdır. Böyük siyasətçinin irsinin öyrənilməsi hər bir azərbaycanlının borcudur”.

Onun sözlərinə görə, Heydər Əliyev həm də bütün türk dünyası üçün mənəvi liderdir: “Türk dünyasının birləşməsində böyük rol oynayan müasir Azərbaycanın memarı ilə Çingiz Aytmatov arasındaki dostluq – Azərbaycan və Qırğızıstan xalqlarının birliyinin simvoludur. Bu gün Azərbaycanda Çingiz Aytmatovun xatirəsini yaşatdığı üçün Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Qazaxıstanın Ankaradaki səfiri Yerkebulan Sabiyev də Heydər Əliyevi türk dünyasını candan sevən dahi bir şəxsiyyət kimi qiymətləndirdi: “Heydər Əliyev Türk dünyasının ağsaqqalıydı. Çünkü o bütün türk dünyasına xidmət edirdi, türklüyünü, köklərini heç vaxt unutmadı”.

Qazaxıstan səfiri Naxçıvana səfəri ilə bağlı təəssüratlarını da bölüşüb: “Heydər Əliyevin ata-baba yurdunu gəzərək çox təsirləndim. Hesab edirəm ki, Türk dünyasının hər bir fərdi Naxçıvanı və ümumilikdə Azərbaycanı görməlidir. Heydər Əliyev kimi böyük şəxsiyyətin anım mərasimində iştirak etdiyim üçün böyük qurur hiss edirəm”.

ŞKTC-nın Türkiyədəki səfiri İsmet Korukoğlu isə öz çıxışını Ulu Öndər Heydər Əliyevin “Müstəqilliq hər bir xalqın milli sərvətidir” kəlamı ilə başlayıb.

ŞKTC-nin Azərbaycandaki nümayəndəliyinin Heydər Əliyev dövründə qurulduğunu xatırladan diplomat Bakı ilə münasibətlərin Lefkoşa üçün hər zaman böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İzolyasiya və məhdudiyyətlərlə qarşılaşan Kipr türklərinin haqlı mübarizəsinə dəstək verdiyi üçün Prezindent İlham Əlievə çox minnətdarıq. Ümid edirik ki, digər türk dövlətləri də Azərbaycanın yolunu izləyəcək”.

Sonra Türkiyə XİN nümayəndəsi Ayşə Üzər, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Azərbaycandaki sabiq səfiri Hulusi Kılıç və digərləri çıxış ediblər.

Panel müzakirələri jurnalist Aysel Sadak İltaşın qələmə aldığı “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı ilə yekunlaşıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri