Icma.az
close
up
RU
Heydər Əliyev: Xalqın qəlbində əbədiyyət qazanmış dahi şəxsiyyət

Heydər Əliyev: Xalqın qəlbində əbədiyyət qazanmış dahi şəxsiyyət

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və gələcəyi ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsasıdır.

Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən beynəlxalq aləmdə varlığını təsdiqləməsini mühüm amil kimi önə çəkirdi. Azərbaycanın dövlət müstəqiliyini yenidən bərpa etdiyi ilk illərə nəzər saldıqda görürük ki, ölkədə hakimiyyətsizliyin mövcudluğu bütün sahələrdə, o cümlədən xarici siyasətdə uğursuzluqlara səbəb oldu. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası erməni yalanlarının ayaq tutub yeriməsinə yol açdı. O dövrün iqtidarının başı öz şəxsi ambisiyalarına elə qarışmışdı ki, Azərbaycanın taleyi onları düşündürmürdü. Torpaqları işğal altında, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda Ermənistan işğala məruz qalan dövlət kimi təqdim edilmişdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ulu Öndər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Dahi şəxsiyyətin xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ münaqişəsinin əsl mahiyyətini əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasın. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönələn məqsədyönlü, sistemli, davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdu.
Ümummilli Liderin diaspor quruculuğu istiqamətində atdığı addımların uğurlu nəticələri də göz qabağındadır. O, Azərbaycan diasporunun formalaşması, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması istiqamətində biri-birindən mühüm addımlar atdı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanın ayrı-ayrı dövlətlərdə mərkəzlərinin yaradılmasına nail olan Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım olmaqla yanaşı, onların birliyinin, həmrəyliyinin əsası qoyuldu. Azərbaycançılıq ideologiyasının inkişafı Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsasını təşkil edib. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
İlllər keçdikcə Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması, diasporumuzun dünyada baş verən hadisələrə təsir imkanlarının artması, Azərbaycanın imzasının imzalar arasında görünməsi ilə bərabər, sözünün də əhəmiyyətli olması, dünya birliyinin fəal üzvü kimi tanınması erməni yalanlarıın ifşasında öz sözünü dedi. Azərbaycanın xarici siyasət uğurları, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi tarixi Zəfərimizdə mühüm rol oynayan amillər sırasında oldu.
Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Son 21 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən, Azərbaycanı zirvələrə ucaldan cənab İlham Əliyevin “güclü dövlət” modeli dünyada təqdir edilir, öyrənilməsinin vacibliyi bildirilir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın keçdiyi inkişaf yolunun və qarşıda dayanan hədəflərinin təqdimatıdır. Tarixi ədalət bərpa edildi, 30 illik torpaq həsrətinə son qoyuldu. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək idi. Ulu Öndərin, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusu çin oldu. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri döğrultdu. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan qalib, bütövləşən Azərbaycan kimi özünü dünyaya təqdim edir. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Yeni dövr yeni hədəfləri ilə xarakterizə olunur. Bu hədəflər Azərbaycanı zəfərlərə doğru aparır.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri