Icma.az
close
up
RU
Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət FOTOLAR

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət FOTOLAR

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

07 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, dövlətçiliyimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daima böyük hörmət və sevgi hissi ilə xatırlanır. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərinin miqyası o qədər böyükdür ki, onları indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif sahələri əhatə edən tədbirlər keçirilir. Keçirilən tədbirlərin məqsədi Ümummilli Liderin həyatının və çoxşaxəli fəaliyyətinin daha dərindən öyrənilməsi və təbliğ edilməsindən ibarətdir.

Tədbirdə çıxış edən digər natiqlər - partiya veteranları Sahib Salıfov, Məmməd Məmmədov, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və “H.Əliyev prospekti 38” Ərazi Partiya Təşkilatının sədr müavini Sahilə Xəlilova qeyd ediblər ki, dövlətçilik tariximizin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz onun gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib..

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş olunub və Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri