Icma.az
close
up
RU
Heydər Əliyev yolu Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır

Heydər Əliyev yolu Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan xalqının taleyində əvəzsiz rol oynamış Ulu Öndər Heydər Əliyev dövlətçilik tariximizin ən mühüm mərhələlərində ölkənin firavan gələcəyi naminə daim böyük fədakarlıqla çalışmışdır. Ümummilli Lider həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində xalqına sadiq, dövlətçiliyə bağlı olan uzaqgörən və müdrik siyasətçi kimi yadda qalmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, qəbul edilən qərarlar və atılan hər bir addım xalqın rifahının yaxşılaşdırılmasına, milli maraqların qorunmasına xidmət etmişdir.

Dahi Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikada illərlə hökm sürən durğunluq və geriləmə meyillərinə qarşı qətiyyətli mübarizəyə başlamışdır. Həmin dövrdə mövcud olan inzibati idarəçilik sistemi Ulu Öndərin çevik, məqsədyönlü və milli maraqlara əsaslanan siyasəti ilə əvəz olunmuşdur. Azərbaycanda kompleks sosial-iqtisadi proqramlar həyata keçirilməyə başlanmış, sənayeləşmə sahəsində mühüm layihələr reallaşdırılmışdır.

Xüsusilə neft-kimya sənayesi, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi kimi sahələrdə əhəmiyyətli canlanma və davamlı inkişaf müşahidə olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə yeni zavod və fabriklər inşa edilmiş, mövcud istehsal sahələri modernləşdirilmiş, texnoloji avadanlıqlar yenilənmiş və minlərlə yeni iş yeri yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verilmiş, infrastruktur layihələri gerçəkləşdirilmiş, nəqliyyat və kommunikasiya şəbəkələri genişləndirilmişdir. Milli kadr potensialının formalaşdırılması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi və elmi-texniki tərəqqinin təşviqi sahəsində mühüm addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyev SSRİ çərçivəsində mövcud olan planlı iqtisadiyyat sistemində Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etmişdir. Dahi şəxsiyyət mürəkkəb və bəzən ziddiyyətli şəraitdə belə respublikanın sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə mövcud imkanlardan məharətlə istifadə etmiş, mərkəzi hakimiyyət dairələri ilə effektiv işgüzar münasibətlər quraraq bu əlaqələri Azərbaycanın mənafeyi istiqamətində yönəltmişdir. Heydər Əliyevin siyasi uzaqgörənliyi və yüksək idarəçilik bacarığı nəticəsində ölkəmizin mövqeyi ittifaq səviyyəsində nəzərə çarpacaq dərəcədə möhkəmlənmişdir. Onun uğurlu fəaliyyəti sayəsində respublikanın iqtisadi təşəbbüslərinə daha geniş dəstək göstərilmiş, təhsil, elm və sənaye sahələrində strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi mümkün olmuşdur.

Ulu Öndərin təşəbbüsü ilə minlərlə gənc yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək məqsədilə Sovet İttifaqının qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilmişdir. Bu addım həm iqtisadi inkişaf, həm də elmi-texniki tərəqqinin təmin edilməsində önəmli rol oynamışdır. Gənclərin müasir təhsil müəssisələrində ixtisaslaşması ölkənin kadr potensialını gücləndirməyi hədəfləmiş və bu siyasət gələcəkdə Azərbaycanın müstəqillik yolunda mühüm əhəmiyyət daşıyan amil olmuşdur. Həmçinin, müxtəlif sahələrdə aparılan tədqiqatlar və elmi işlər təkmilləşdirilmiş, ölkənin intellektual bazasının inkişafı üçün müasir tələblərə cavab verən laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmışdır. Bundan əlavə, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə, xüsusən də milli kino, musiqi və ədəbiyyatın inkişafına xüsusi diqqət yetirilmişdir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında milli kimliyin əsas sütunlarından biri olan ana dilinə diqqət xüsusi əhəmiyyət kəsb etmişdir. Onun təşəbbüsü və siyasi iradəsi nəticəsində 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi xalqımızın tarixi yaddaşında mühüm mərhələ kimi əks olunmuşdur.

1990-cı illərin əvvəllərində SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan dərin siyasi böhranla üzləşmişdir. Dövlət idarəçiliyində xaos hökm sürür, hüquqi və siyasi sistem iflic vəziyyətə düşmüş, ölkədə separatçılıq meylləri və silahlı qarşıdurmalar vətəndaş müharibəsi təhlükəsini gündəmə gətirmişdir. Belə mürəkkəb və taleyüklü bir məqamda xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həlledici addımlar ataraq yeni tariximizdə sabitlik və inkişaf mərhələsinin əsasını qoymuşdur. Onun rəhbərliyi ilə ictimai-siyasi sabitlik və əmin-amanlığın bərqərar olunması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin bərpası, qanunun aliliyinin təmin edilməsi və idarəetmədə nizam-intizamın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmişdir. Eyni zamanda, müstəqil dövlətçilik fəaliyyəti üçün zəruri olan institutların qurulması və dövlət idarəçiliyinin əsas dayaqlarının möhkəmləndirilməsi sahəsində ciddi işlər həyata keçirilmişdir.

20 sentyabr 1994-cü il tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində dünyanın tanınmış transmilli şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasında dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin dünya enerji xəritəsində strateji mövqe qazanmasına yol açdı. Bununla da dünyanın aparıcı beynəlxalq neft şirkətləri ilk dəfə olaraq Azərbaycanın enerji sektoruna sərmayə yatırmağa başladı. Beləliklə, genişmiqyaslı xarici sərmayələrin cəlb olunması nəticəsində ölkəmizin iqtisadi inkişafı dinamik xarakter aldı, irimiqyaslı neft-qaz layihələri isə regional əməkdaşlığın genişlənməsinə və dövlətimizin beynəlxalq arenada strateji mövqeyinin möhkəmlənməsinə töhfə verdi.

Eyni zamanda, hüquqi dövlət quruculuğu sahəsində dərin və sistemli islahatlara start verilmişdir. 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirmiş və idarəetmədə qanunun aliliyinə əsaslanan yeni mərhələnin əsasını qoymuşdur. Bu fundamental sənəd ölkəmizdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin hakimiyyətin qanunverici, icraedici və məhkəmə qolları arasında balansın qurulması üçün möhkəm hüquqi baza yaratmışdır. Konstitusiyanın qəbulu ilə paralel olaraq, dövlət orqanlarının fəaliyyət mexanizmləri təkmilləşdirilmiş və cəmiyyətin demokratikləşməsi istiqamətində mühüm irəliləyişlər baş vermişdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən lider olduğunu göstərən əsas məqamlardan biri də müstəqilliyin dönməzliyini təmin etməyə yönəlmiş ardıcıl və strateji yanaşması idi. Onun həyata keçirdiyi xarici siyasət strategiyası nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslı mövqeyini qoruyaraq regional sabitliyin və əməkdaşlığın əsas təminatçılarından birinə çevrilmişdir. Məhz bu düşünülmüş siyasətin nəticəsi olaraq, müstəqillik dövründə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər strateji əhəmiyyətli enerji layihələri həyata keçirilmişdir. Bu qlobal infrastruktur təşəbbüsləri Ulu Öndər Heydər Əliyevin diplomatik məharətinin, beynəlxalq aləmdə etimad qazanmaq qabiliyyətinin və milli maraqları qlobal miqyasda uğurla təmin etmək bacarığının parlaq təcəssümü idi.

Dahi şəxsiyyət, həmçinin milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verirdi. Ümummilli Lider Heydər Əliyevin çıxışlarında “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” fikri xalqın qürur mənbəyinə çevrildi. Bu gün Azərbaycanın müasir uğurları - beynəlxalq nüfuzu, iqtisadi sabitliyi, ordu quruculuğunda nailiyyətləri və xalqın rifahı Ulu Öndərin müəyyən etdiyi yolun davamı kimi dəyərləndirilir. Onun siyasi kursu gələcək inkişafın ideoloji və strateji əsaslarını müəyyən edən möhkəm təməl rolunu oynayır.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti göstərir ki, əsl liderlər yalnız zamanlarının çərçivəsində düşünmür, eyni zamanda gələcək nəsillərin taleyinə istiqamət verən strateji qərarlar qəbul edirlər. Ulu Öndər Azərbaycan tarixinə müstəqil dövlətin qurucusu və xilaskar lider kimi daxil olmuş, onun ideyaları və siyasi irsi zaman keçdikcə daha dərin mənalar qazanaraq milli inkişafın dayanıqlı ideoloji təməli kimi yaşamağa davam edir.

Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan regionda söz sahibi olan qüdrətli dövlətə çevrilmiş, ərazi bütövlüyünü bərpa edərək tarixi ədaləti təmin etmişdir.

Ulu Öndərin 102-ci ildönümünün qeyd olunduğu bu günlərdə xalqımız onun əziz xatirəsini ehtiramla yad edir, Heydər Əliyev siyasəti əsasında formalaşan güclü və müasir dövlətin reallıqları ilə qürur duyur. Müstəqilliyin möhkəmləndirilməsi, suverenliyin qorunması və xalqın rifahı naminə görülən işlər Heydər Əliyev yolunun nə qədər uzaqgörən və sarsılmaz olduğunu bir daha təsdiqləyir.

Nazimə Şamıyeva,

YAP Füzuli rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see202

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see173

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see161

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see139

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see136

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see134

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see128

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see127

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see125

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri