Icma.az
close
up
RU
Heydər Əliyev yolu Azərbaycana daim uğurlar qazandırır

Heydər Əliyev yolu Azərbaycana daim uğurlar qazandırır

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, dövlətimiz, xalqımız qarşısındakı xidmətləri geniş təhlil edilir və bu reallıq bir daha qeyd edilir ki, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün idi. Belə ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu.

Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, torpaqlarımız işğal edilir, xalqın sabaha ümidi itmişdi. Belə çətin günlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yenidən qurdu. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanı necə görmək istədiyini açıqlamaqla yanaşı, arzusunu reallaşdırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Hakimiyyətə qayıdışının ilk günlərində belə bir inamı da ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq.
Ölkəmizdə yaradılan sabitlik, normal biznes mühiti iqtisadi tərəqqiyə geniş yol açdı. Azərbaycanın müəllifi olduğu enerji layihələri həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafını təmin edir. Dahi şəxsiyyət Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində də öz sözünü deyir. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.
Azərbaycanda demokratikləşmə prosesi də uğurla həyata keçirilir. Ümummilli Lider bildirirdi ki, demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, demokratik təsisatların inkişafı prioritet məsələ kimi öndə dayanıb. Azərbaycanın demokratiya təcrübəsi təqdir edilir. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Xalq atılan hər addımda özünə diqqətin şahidinə çevrilir. İqtisadi tərəqqinin fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rahat yaşayışının təmin edilməsi istiqamətində atılan addımlar da deyilənlərə bariz nümunədir.
Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan həqiqətlərinin, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına, erməni yalanlarının ifşasına səy göstərdi və uğurlu siyasəti nəticəsində nail oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqaməti Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməyə başladı.
Heydər Əliyev yolunun uğurları ölçüyəgəlməzdir. Ümummilli Liderin 2003-cü ildə Azərbaycanın gələcəyi ilə bağlı növbəti inamın ünvanını göstərməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaratdı. Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapmaqla yeni-yeni çağırışlara, hədəflərə yol açır. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsi fonunda sabaha daha böyük inamla addımlayan Azərbaycanın regionda və dünyada söz sahibliyi daha da möhkəmlənir, sözünün imzası qədər dəyəri artır. Heydər Əliyev yolu Azərbaycana daim möhtəşəm uğurlar qazandırır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoydu. Yeni dövrün yeni hədəfləri cənab İlham Əliyevin bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində bir daha açıqlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev əsas hədəflərin ordu quruculuğunda işlərin davam etdirilməsi ilə bərabər, azad edilmiş topraqlarda bərpa işlərinin aparılması olduğunu önə çəkdi. Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Heydər Əliyev siyasətinin uğurları hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın şəkildə görünür. Bu siyasət bundan sonra da Azərbaycanı zəfərlərə aparacaq.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri