Icma.az
close
up
RU
Heydər Əliyev yolu: Azərbaycanı parlaq gələcəyə aparan strategiya

Heydər Əliyev yolu: Azərbaycanı parlaq gələcəyə aparan strategiya

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini, qətiyyətli liderliyini və milli maraqlara əsaslanan uzaqgörən siyasətini hər zaman dərin minnətdarlıqla yad edir. Onun zəngin irsi və siyasi kursu, müasir dövrdə Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas sütunlardan biridir. Heydər Əliyevin liderliyi ilə Azərbaycan həm SSRİ dövründə, həm də müstəqillik illərində güclü, sabit və inkişaf edən bir ölkəyə çevrildi. Ulu Öndər Heydər Əliyev daxili və xarici siyasətdə həyata keçirdiyi müdrik addımlarla beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmləndirdi və beləliklə, Azərbaycanın dövlətçilik tarixində silinməz izlər qoydu.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdə, ölkə SSRİ-nin az inkişaf etmiş respublikalarından biri kimi dəyərləndirilirdi. Həmin dövrdə iqtisadi və sosial sahələrdə mövcud olan ciddi çatışmazlıqlar ölkənin inkişafını əngəlləyirdi. Lakin Heydər Əliyevin müdrik rəhbərliyi nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyaraq, bütün sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etdi. Dahi lider, hərtərəfli islahatlar apararaq iqtisadiyyatın müxtəlif sahələrində yeniliklərə imza atdı və Azərbaycanın sosial-iqtisadi inkişafını möhkəmləndirdi.
Ulu Öndərin rəhbərliyi ilə neft-kimya, maşınqayırma, yüngül sənaye və digər strateji sahələrdə yüzlərlə yeni müəssisə açıldı. Bu müəssisələr yalnız iqtisadiyyatın inkişafını deyil, həm də ölkənin kadr potensialını gücləndirdi, on minlərlə insan işlə təmin edildi. Heydər Əliyev təhsil və mədəniyyət sahəsində də mühüm addımlar atdı. Ulu Öndər minlərlə gəncin SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində təhsil almasına şərait yaratdı.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə çətin dövrlərdən biri idi. O zaman Ermənistanın hərbi təcavüzü, daxili siyasi çəkişmələr və iqtisadi tənəzzül ölkəmizi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdur. Bu çətin dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı tarixi dönüş nöqtəsi olmuşdur. 1993-cü il oktyabrın 3-də Prezident seçildikdən sonra, Heydər Əliyev ölkədəki siyasi sabitliyi təmin etmiş və iqtisadiyyatın inkişafı üçün mühüm islahatlara başlamışdır.
Ümummilli Liderin təşəbbüsü ilə 20 sentyabr 1994-cü il tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji sektorunda tarixi bir addım oldu. Bu müqavilə, həm Azərbaycanın enerji ehtiyatlarını dünya bazarına təqdim etdi, həm də ölkənin iqtisadi və geosiyasi mövqeyini gücləndirdi. Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyası, ölkəmizin iqtisadiyyatına uzunmüddətli faydalar gətirdi və dünya enerji təhlükəsizliyindəki mövqeyini möhkəmləndirdi.
Heydər Əliyev təhsil və səhiyyə sistemində əhəmiyyətli islahatlar həyata keçirərək, bu sahələrin inkişafını təmin etdi. Təhsil sistemində yeni məktəblər və universitetlər açıldı, müasir tədris proqramları tətbiq edildi, bu da ölkənin intellektual potensialının artmasına gətirib çıxardı. Eyni zamanda, dövlət tərəfindən səhiyyə sahəsinə böyük sərmayələr yatırılaraq həm yeni tibb müəssisələri tikildi, həm də mövcud tibb infrastrukturu əsaslı şəkildə modernləşdirildi. Nəticədə, vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətlər göstərilməyə başlandı və bu, ölkə əhalisinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına şərait yaratdı.
Yeni Konstitusiyanın qəbul edilməsi, hüquqi islahatların həyata keçirilməsi, demokratik idarəetmə prinsiplərinin tətbiqi və milli ordunun qurulması Heydər Əliyevin ən böyük uğurlarından idi. Ulu Öndər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün möhkəm bir təməl qoydu. Xüsusilə milli müdafiə və təhlükəsizlik sahəsində həyata keçirdiyi islahatlar, ölkənin işğal altındakı torpaqlarını azad etmək üçün strateji imkanlar yaratdı.
Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, Azərbaycanın inkişafını yeni zirvələrə çatdırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Cənub Qaz Dəhlizinin istismara verilməsi Heydər Əliyevin başladığı enerji siyasətinin davamıdır. Bu layihələr Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu artırmış və ölkənin iqtisadi mövqeyini gücləndirmişdir.
2003-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, prezidentliyə cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini açıqlamışdır. Bu müraciət, Ulu Öndərin uzun müddət ərzində formalaşdırdığı siyasi kursun davam etdirilməsi üçün mühüm bir addım idi. Müraciətində Heydər Əliyev Azərbaycanın müstəqilliyi və inkişafı yolunda əldə olunan nailiyyətləri vurğulamış, gələcəkdə ölkənin bu kursu davam etdirməsinin vacibliyini bildirmişdir. Ümummilli Lider cənab İlham Əliyevin liderliyinə güvəndiyini və Onun ölkəni daha da inkişaf etdirəcəyinə inandığını qeyd etmişdir.
Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu tarixi hadisə Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi-iqtisadi və hərbi gücü daha da möhkəmlənmiş, ölkənin müstəqilliyi və sabitliyi qorunmuşdur. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda strateji əhəmiyyətli bir dövlətə çevrilmiş, qlobal təşəbbüslərdə önəmli rol oynamışdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, Heydər Əliyevin ordu quruculuğu siyasətinin nəticəsi olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və xalqımızın tarixi ədalətini təmin etməsi ilə başa çatmışdır. Bu Qələbə yalnız hərbi sahədə deyil, həm də diplomatik uğurlarda Azərbaycanın böyük bir Zəfəri olmuşdur.
2023-cü ildə bir günlük lokal xarakterli antiterror əməliyyatı ilə Azərbaycan Ordusu qalan separatçı silahlı qrupları zərərsizləşdirərək ölkəmizin tam suverenliyini təmin etdi. Bu tarixi hadisə, 2020-ci ildə əldə olunan möhtəşəm Qələbənin məntiqi davamı olaraq, dövlət suverenliyinin möhkəmləndirilməsi və milli birliyin təmin edilməsi yolunda əhəmiyyətli addım kimi yadda qaldı.
Ulu Öndər Heydər Əliyev yalnız ölkəmizin deyil, bütün regionun inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə Azərbaycan dövləti regional sabitlik və təhlükəsizlik baxımından strateji əhəmiyyətini artıraraq, qonşu ölkələrlə münasibətlərini möhkəmləndirmiş və bu əlaqələr qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymuşdur. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, Ümummilli Liderin müdrik siyasətinin birbaşa nəticəsi olaraq regionun gələcək inkişafına müsbət təsir göstərmişdir. Bu baxımdan Heydər Əliyevin regionun geopolitik və iqtisadi mənzərəsindəki rolu təkcə ölkəmizin deyil, bütövlükdə Qafqazın tərəqqisi üçün təməl olmuşdur.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş hər bir an, Onun Azərbaycan tarixindəki əvəzsiz rolunu bir daha vurğulayır. Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq və gələcək nəsillərə böyük bir örnək olacaqdır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri