Icma.az
close
up
RU
İlham Əliyev Azərbaycanı parlaq gələcəyə aparan lider!

İlham Əliyev Azərbaycanı parlaq gələcəyə aparan lider!

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elşən Əzizov,

YAP Saatlı rayon təşkilatının sədri

Azərbaycanın son illərdəki inkişaf strategiyası, beynəlxalq münasibətlərdə mövqeyinin güclənməsi və milli təhlükəsizlik məsələləri ilə bağlı prioritetləri Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə geniş şəkildə şərh olunub. Bu müsahibə ölkənin gələcək siyasi və iqtisadi kursunun aydın mənzərəsini təqdim edir. Azərbaycanэn hərbi sahəyə ayırdığı maliyyə vəsaitinin 2025-ci ildə rekord həddə çataçağı açıqlanıb. Hərbi büdcənin təxminən beş milyard ABŞ dolları təşkil etməsi ölkənin müdafiə qabiliyyətini daha da artırmaq və təhlükəsizlik sahəsində dayanıqlılığı təmin etmək məqsədini daşıyır. Ayrılan vəsaitin ən azı 60 faizinin hərbi xərclərə yönləndirilməsi planlaşdırılır. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, bu qərar regionda mövcud olan təhdidlərlə bağlıdır. Əks halda, bu resurslar Qarabağın bərpasına, sosial rifah layihələrinə və digər inkişaf sahələrinə yönləndirilə bilərdi. Bununla yanaşı, Ermənistanın Azərbaycanla silah yarışında rəqabət apara bilməyəcəyi xüsusilə qeyd olunub. Ermənistanın əsasən, Qərbdən pulsuz və ya kreditlə aldığı silahlar Azərbaycanın müdafiə arsenalı və hərbi potensialı ilə müqayisədə qeyri-adekvat görünür. Ermənistan 2020-ci ilin İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini unutmamalıdır. Bu hərbi əməliyyatlar bir daha göstərdi ki, revanşist ideyalar Ermənistan üçün yalnız məğlubiyyət və təhlükə gətirə bilər.Bu gün müstəqil Azərbaycan dövləti özünün tarixi inkişaf dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin güclü təməllərini atdığı müstəqil dövlətimizin uğurlarının əsasında  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi dayanır.

Cənab Prezident İlham Əliyev fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.Ümumiyyətlə, zamanın nəbzini tutması, meydana çıxan çağırışlara adekvat siyasi xətt müəyyənləşdirməsi cənab Prezident İlham Əliyevin üstün keyfiyyətlərindəndir. Bu baxımdan, yeni şəraitdə ölkəmizdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bu islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir.Xüsusi olaraq qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti  seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Bu islahatlar ölkənin inkişafında vacib rol oynayırdı. Amma islahatlar nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdi. Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Məlumdur ki, 2018-ci ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. İslahatlar siyasi sferanı da əhatə edir. Bu istiqamətdə uğurlu islahatların nəticəsidir ki, cənab Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan edib.  

Həmçinin müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. Ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının öz aralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. Həqiqətən də, Azərbaycanda siyasi münasibətlərin inkişafı, siyasi partiyalar arasında sağlam dialoq mühiti bu gün yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Bu qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatizmin kökü kəsildi. Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20-ci ili münasibəti ilə - 15 oktyabr tarixində üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin zirvəsidir! Cənab Prezidentin liderliyi ilə Azərbaycan xalqı bundan sonra da qarşıya qoyduğu möhtəşəm hədəflərə çatacaq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri