Icma.az
close
up
RU
Heydər Əliyevdən 25 il sonra gündəmə gətirildi: Kremlin yeni dəhliz planında ŞOK

Heydər Əliyevdən 25 il sonra gündəmə gətirildi: Kremlin yeni dəhliz planında ŞOK

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın TASS İnformasiya Agentliyinin son zamanlarda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək quru yolu ilə bağlı materialları diqqət çəkir. Maraqlıdır ki, agentlik nə rəsmi Bakının dediyi “Zəngəzur dəhlizi”, nə də İrəvanın təqdim etdiyi “TRIPP layihəsi” ifadələrindən istifadə edir. Marşrutla bağlı məlumatlar “Meğri dəhlizi” adı ilə yayımlanır.

Ümumiyyətlə, bu termin 1999–2000-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən işlədilmişdi. Kremlə yaxın mövqedəki media qurumunun məhz belə bir ifadəni seçməsi, Moskvanın məsələyə yanaşmasında neytral və ya aralıq mövqe nümayiş etdirmək istəyi kimi dəyərləndirilir. Analitiklər hesab edir ki, Rusiyanın bu termini seçməsi həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına birbaşa dəstək vermədən, gələcəkdə dialoq və danışıqlar masasında müəyyən üstünlük saxlamağa çalışdığını göstərir.

Kremlin bu məsələdə nə kimi geosiyasi və iqtisadi maraqları ola bilər? Rusiya regiondakı tərəflər arasında hansı strategiyaları həyata keçirə bilər? Bu, Bakı və İrəvanın maraqlarına necə təsir edər?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Kremlin bu ifadəni işlətməsinin arxasında bir məna dayanır:

“Moskva beləliklə nə Zəngəzur dəhlizinin, nə də “Tramp marşrutu”nun müəlliflərini qəbul etmədiyini göstərir. Rusiya üstünlük təşkil etdiyi dövrdəki ifadəni, yəni “Meğri dəhlizi”ni işlətməkdədir. Bu, Kremlin öz mövqeyində qalması deməkdir. Güman ki, elə bu ifadəni işlətməyə də davam edəcək.

Lakin bu təşəbbüsün Moskva üçün substantiv olaraq hansısa bir fayda verəcəyini düşünmürəm. Çünki məsələnin mahiyyəti Zəngəzurdan keçəcək dəhlizin necə olması deyil və orada təkcə Meğridən söhbət getmir. Meğri bir punktdur. Ermənistanın fərqli əyalətinin də adı vurğulana bilər. Zəngəzur bölgə adıdır və dəhliz kimi Azərbaycanla Türkiyəni birləşdirəcək quru yolu olacaq.


Füzuli Qurbanov

Tarixi adın qalması buna görə daha yaxşıdır. “Tramp marşrutu” isə rəmzi xarakter daşıyır. ABŞ Prezidenti Donald Trampın dəhlizin fəaliyyətinə dəstəyi səbəbindən belə ad verilib. Hesab edirəm ki, həm “Tramp marşrutu”, həm də “Meğri dəhlizi” keçici ifadədir. Bu dəhliz mütləq açılacaq. Təkcə İran, Cənubi Qafqaz üçün deyil, bir çox ölkələr üçün faydalı olacaq.

Onu da əlavə edim ki, Zəngəzur dəhlizi ifadəsi daha çox istifadə edilir, çünki ölkələrarası münasibətlərdən danışırıqsa, coğrafi, regional və tarixi adlar daha məqbuldur”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri