Icma.az
close
up
RU
Heydər Əliyevin 102 ci ildönümü Həştərxanda qeyd edilib FOTO

Heydər Əliyevin 102 ci ildönümü Həştərxanda qeyd edilib FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti ilə Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 102-ci ildönümü münasibəti ilə Həştərxan şəhərində keçirilmiş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Elman Nəsirov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.

Səfər çərçivəsində mayın 5-də nümayəndə heyəti ilə “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) Həştərxan bölməsinin üzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan yurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın öz yurdlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığı qeyd edilib. Tədbirdə qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsaylı layihələr həyata keçirilib. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıblar.

Mayın 6-da Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyev adına olan parkda  Ulu Öndərin xatirəsinə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak edərək ağac və gül kolları əkiblər.

Sonra II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, “Əbədi Məşəl” önünə güllər qoyulmuşdur.

Həmin gün nümayəndə heyətinin Həştərxan vilayətinin Qubernatoru İqor Yuryeviç Babuşkin ilə görüşü keçirilib. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən söz açılıb. Ölkələrimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İ.Babuşkin qeyd edib ki, qurulan iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylı layihələr müsbət nəticələr verməkdədir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daima böyük hörmət və sevgi ilə anılır. İki xalq arasında bağların daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğu vurğulanaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mehriban qonşuluq prinsiplərinə söykənən Azərbaycan – Rusiya münasibətlərinin daha da dərinləşməsinə töhvələr verirlər.  Nümayəndə heyətinin tərkibində yer alan millət vəkili Elman Nəsirov da Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.

Mayın 7-də isə Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova nümayəndə heyətinə məktəb haqqında məlumat vermiş, nümayəndə heyətini Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş stendlə və Azərbaycan guşəsi tanış etmişdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri