Icma.az
close
up
RU
Heydər Əliyevin 103 illiyi Həştərxanda qeyd edildi

Heydər Əliyevin 103 illiyi Həştərxanda qeyd edildi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının Ümummilli Lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə baş tutan silsilə tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti, ölkəmiz üçün göstərdiyi fədakarlıqlar, respublikamızın yenidən və müasir formada qurulması və inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açılıb, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə verdiyi töhfələrdən danışılıb.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Həştərxan şəhərində keçirilmiş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.

Mayın 7-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova nümayəndə heyətinə məktəbin artıq 15 ildir Ulu Öndərin adını daşıdığını bildirərək məktəb haqqında ətraflı məlumat verib, nümayəndə heyətini Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən stendlə və Azərbaycan guşəsi ilə tanış edib.

Səfər çərçivəsində nümayəndə heyəti və Həştərxan vilayətinin Xarici İşlər naziri Vladimir Qolovkov ilə Həştərxan vilayətində inşa edilmiş Azərbaycan İş Mərkəzində “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) Həştərxan bölməsinin və Azərbaycan diasporasının üzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı qələbədən və əldə etdiyi bugünki nailiyyətlərdən, ölkəmizin regional qovşağa çevrilməsindən danışılıb. Qeyd edilib ki, müasir Azərbaycanımızın bütün uğurlarının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin müəyyən etdiyi siyasi yol Azərbaycanı nicata aparmaqla yanaşı, günü gündən inkişaf etdirir. Ona görə də bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb. Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan yurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın öz yurdlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığı qeyd edilib. Tədbirdə vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsaylı layihələr həyata keçirilib. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıblar.

Mayın 8-də nümayəndə heyətinin Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev ilə görüşü keçirilib. Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən söz açılıb. Ölkələrimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini, iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylı layihələrin müsbət nəticələr verdiyini vurğulayan D.Afanasyev layihələrin artırılması üçün hər iki ölkənin böyük potensialının olduğunu bildirib. Həmçinin ölkələrimiz arasında çoxsaylı sosial layihələrin həyata keçirildiyi, belə layihələrdən birinin də Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan tərəfindən hədiyyə olaraq inşa edilən və yaxın zamanlarda inşası tamamlanmaq üzrə olan uşaq bağçasının olduğu vurğulanıb. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daima böyük hörmət və sevgi ilə anılır. Nümayəndə heyətinin tərkibində yer alan Milli Məclisin deputatı, komitə sədri Arzu Nağıyev də Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.

Həmin gün Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.   

Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyev adına Xiyabanda Ulu Öndərin xatirəsinə ağacəkmə aksiyasında iştirak edərək ağac və gül kolları əkiblər. Sonra II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, “Əbədi Məşəl” önünə güllər qoyulub.









































Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri