Icma.az
close
up
RU
Heydər Əliyevin adını daşıyan Saraydakı biabırçılıq KONKRET

Heydər Əliyevin adını daşıyan Saraydakı biabırçılıq KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin milli mədəniyyətimizə həssas münasibəti, yəqin ki, yaşlı nəslin daha yaxşı xatirindədir.

Təqdirəlayiqdir ki, böyük öndərin qızı Sevil Əliyevanın və nəvəsi Leyla Əliyeva dahi şəxsiyyətin maraqlı anları ilə bağlı sosial şəbəkələrdə görüntüləri paylaşması həmin günlərə bir daha nəzər salmaq imkanı yaradır.

Bu yaxınlarda paylaşılan qısa videolardan birində Heydər Əliyevin xalqımızın böyük şairi Bəxtiyar Vahabzadəni xəstəxanada ziyarət etməsi əks olunmuşdu. Şairlə müxtəlif məsələlər barədə səmimi söhbət zamanı Heydər Əliyev mədəniyyətimizin inkişafı ilə bağlı çox böyük əhəmiyyət kəsb edən problemə toxunur.

“Bizim çox görkəmli şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, müğənnilərimiz haqqında düşünəndə bəzən deyirdim ki, görəsən, bu, gedəndən sonra kim olacaq, biz bunsuz qalacağıq. Amma sonra fikirləşdim, gördüm ki, yox, yer boş qalmır. O gedən gedir, amma yenisi də yaranır. Başqa ruhda yaranır. Bəlkə Bülbül kimi olmayacaq, amma Bülbülün yerini verən Azər Zeynalov var. Rəşid Behbudovu mən çox sevirdim, Rəşid Behbudov yaşlaşdıqca daim narahat olurdum ki, kim Rəşid Beybudovun yerini tutacaq. İndi baxıram Azər Zeynalov”, – deyə Heydər Əliyev vurğulayır.

Amma bu, hələ Azərbaycan estradasının, ümumiyyətlə isə mədəniyyət və incəsənətimizin hələ deqradasiyaya uğramadığı dövr idi. Çox təəssüf ki, hazırda estradamızda əməlli-başlı durğunluq yaranıb.

Meydana isə dahi siyasətçi Heydər Əliyevin adını daşıyan mədəniyyət məbədində tamaşaçıya təpik vurmaqdan çəkinməyən, öz bədəninin əzasını təklif edən və bunu normal davranış qaydası hesab edən Röya kimi “xalq artistləri” çıxır.

Bəlkə konsertin rejissoru hesab edir ki, bu, olduqca “kreativ” yanaşmadır. Amma yanılıb. Çünki bu, daha çox “ulduzcuğ”un peşəkar səhnə ilə məhəllə toyunun yerini səhv salmasına bənzəyir. “Ağəz” sözü də olsaydı, biabırçı mənzərə tamamlanardı. Bu “ulduzcuq” anlamır ki, açıq-saçıq hərəkətləri ilə kişi tamaşaçıların hətta qucağında oturan rus estradasının Lolitası olmaq milli mədəniyyətimizə, estradamına heç yaraşmır.

Onu qoyuruq kənara. Bəs bu məbədin rəhbərləri, mədəniyyətimizə rəhbərlik edənlər bu biabırçı durumdan xəcalət çəkmirlərmi? Görəsən, heç düşünürlərmi ki, mədəniyyətimizə ömürlərini fəda edən böyük sənətkarlarımız məzarda çevrilirlər? Heç anlayırlar ki, Heydər Əliyevin belə tərbiyəsiz davranışa təpkisi necə olardı?

Axı estrada yüngül deyil, çox ciddi sənətdir. Vaxtilə Azərbaycan estradasını bütün dünyada zirvələrə qaldıran Rəşid Behbudov, Müslüm Maqomayev, “Qaya” kvarteti, Polad Bülbüloğlu, Sərxan Sərxan vardı. Onlar tamaşaçının qəlbini məlahətli, güclü səsləri, maraqlı repertuarları və səhnə mədəniyyətləri ilə fəth edirdilər. Təpik atmaqla deyil…

Azərbaycan estradasına, ümumiyyətlə isə musiqi mədəniyyətinə böyük töhfələr verən unudulmaz müğənni, Xalq artisti Şövkət Ələkbərovanın ibrətamiz söhbəti, ilk növbədə cəmiyyət arasında özlərini apara bilməyən “ulduzcuq”lara dərs olmalıdır.

Nadir lent yazılarından birində nə deyirdi Şövkət xanım? O, danışırdı ki, həm sənətdə, həm də həyatda müəllimi Bülbülə bənzəmək istəyib. Bülbülün “sən gələcəyinə ümid bəslədiyim müğənnilərdənsən, özündən muğayat ol, səsinə yaxşı fikir ver” sözlərindən sonra isə öz repertuarına çox ciddi yanaşıb.

“Yüngül mahnılar oxumadım. Hər gələn bəstəkarı qəbul etmədim. “Əgər Bülbül məni bəyənibsə, mən gərək ona layiq müğənni olum” dedim. Bizim üçün o, nəinki ifa, həm də həyatda davranışı, sənətə böyük qiyməti, insanlarla ünsiyyəti, bəstəkarlarla, yazıçılarla, şairlərlə sıx əlaqəsi baxımından böyük məktəbdir”, – Şövkət xanım deyirdi.

Çünki Şövkət xanım Ələkbərova əsl Xalq artisti idi.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının foyesində tamaşaçıların davranışı, geyimi ilə bağlı 10 tövsiyədən ibarət siyahı asılıb. Həmin tövsiyələrə uyğun olmayanların Filarmoniyaya buraxılmayacağı barədə xəbərdarlıq da olunub.

Görünür, Heydər Əliyevin adını daşıyan Respublika Sarayında tamaşaçılara deyil, “ulduzcuq”lara davranışları ilə bağlı xəbərdarlıq olunmalıdır. Tamaşaçını iki-iki düzüb, növbəli şəkildə saraya buraxmaqla mədəni olmuruq. Saray rəhbərliyi dönüb, səhnəsinə buraxdığı “ulduzcuq”ların davranışına baxsın və xəcalət çəksin!

Ümid edirik ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi öz “xalq artisti”nin davranışından nəticə çıxarmağı özünə borc sayacaq.

Heydər Əliyevin ruhu qarşısında kim cavab verəcək?

Xatirə SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri