Icma.az
close
up
RU
Həştərxanda Heydər Əliyevin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub

Həştərxanda Heydər Əliyevin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və bu təhsil müəssisəsinə xalqımızın Ümummilli Lideri, müasir və qalib Azərbaycanın memarı Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Elm və Təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, ölkəmizin yenidən qurulması və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiya, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin formalaşması və inkişafındakı mühüm rolu barədə ətraflı bəhs olunub.

11 noyabr tarixində Azərbaycan nümayəndə heyəti, Həştərxan Hökümətinin sədri Denis Afanasyevin rəhbərliyi ilə vilayətin rəsmi şəxsləri və Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Xiyabanı ziyarət edib, Ümummilli Liderin Xiyabanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra nümayəndə heyəti İkinci Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə həsr olunmuş “Qardaşlıq məzarlığı”nı ziyarət edib, əbədi məşəl abidəsi önünə gül dəstələri qoyub.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Həştərxan Hökumətinin sədri Denis Afanasyevlə rəsmi görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında mövcud əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və humanitar sahədə birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər Ulu Öndər Heydər Əliyevin iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki tarixi xidmətlərini vurğulayaraq, bu irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

Noyabrın 12-də Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı tam orta ümumtəhsil məktəbini ziyarət edib. Əvvəlcə məktəbin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək onun əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra məktəbin əsaslı yenidən qurulmasının və Ulu Öndərin adının verilməsinin 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Məktəbin direktoru T.Tixomirova qonaqları salamlayaraq təhsil müəssisəsinin artıq 15 ildir ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıdığını bildirib, məktəbin keçdiyi inkişaf yolu və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, nümayəndə heyətini Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlə, eləcə də məktəbdə yaradılmış Azərbaycan guşəsi və məktəblilər tərəfindən hazırlanmış rəsm sərgisi ilə tanış edib.

Tədbirdə çıxış edən Həştərxan Hökuməti sədrinin müavini İlya Volınskiy, Həştərxan şəhərinin meri İqor Redkin və Həştərxan vilayəti Elm və Təhsil nazirinin birinci müavini Alina Sultanova Azərbaycan-Rusiya əlaqələrinin inkişafından, Heydər Əliyev adına 11 saylı məktəbin iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsindəki rolundan bəhs ediblər. Çıxışlarda məktəbdə Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb, təhsil müəssisəsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Elm və Təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov da çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən, onun müəyyən etdiyi inkişaf strategiyasının müasir Azərbaycanın tərəqqisindəki əhəmiyyətindən, eləcə də Azərbaycan-Rusiya münasibətindəki rolundan, Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən layihələrin uğurlarından danışıblar. Çıxışçılar  məktəbin 15 illik yubileyinin əlamətdar hadisə olduğunu qeyd edərək, burada Heydər Əliyev irsinin öyrədilməsi və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirərək məktəb kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Yubiley tədbiri çərçivəsində tədris ili ərzində Heydər Əliyev irsinin öyrədilməsi və təbliğində xidmətləri, eləcə də fəallıqları ilə fərqlənən müəllimlər fəxri fərman və mükafatlarla təltif olunub, təhsil nailiyyətləri ilə seçilən şagirdlərə hədiyyələr təqdim edilib. Sonda məktəblilərin ifasında yubiley tədbirinə həsr olunmuş bədii proqram nümayiş etdirilib.

Qeyd edək ki, 2011-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində fəaliyyət göstərən 11 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası tərəfindən əsaslı yenidənqurma işləri həyata keçirilib. Layihə çərçivəsində məktəbdə idman zalı, laboratoriyalar, kitabxana və digər tədris otaqları yaradılıb, iki yeni korpus inşa edilib, təhsil müəssisəsi tamamilə əsaslı təmir olunaraq zəruri avadanlıqlarla təchiz edilib. Həmin il Rusiya Hökumətinin qərarı ilə məktəbə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib və təhsil müəssisəsi “Heydər Əliyev adına 11 saylı tam orta məktəb” adlandırılıb. Ötən 15 il ərzində məktəb Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, əziz xatirəsinin yaşadılması və təbliği istiqamətində fəal fəaliyyət göstərib. Bu müddət ərzində məktəbdə müxtəlif mövzularda çoxsaylı tədbirlər təşkil olunub, Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əlaqələrin inkişafına və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verilib. Həştərxan vilayətində Ulu Öndərin doğum və anım günləri ilə əlaqədar məktəbdə hər il silsilə tədbirlər keçirilib.

Səfər çərçivəsində daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkinlə də görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İqor Babuşkin bu əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu qeyd edib. O, Həştərxan vilayətində Ulu Öndərin xatirəsinin daim böyük ehtiramla yad edildiyini, onun həyat və fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini bildirib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Elm və təhsil nazirinin müavini İdris İsayev səmimi qəbula görə Həştərxan vilayətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daim böyük hörmət və ehtiramla anılır. İki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin tarixi xidmətləri xüsusi vurğulanıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşdirilməsinə verdikləri töhfələr qeyd edilib. Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov da öz növbələrində Ulu Öndər Heydər Əliyevin xatirəsinin Həştərxan vilayətində daim ehtiramla yad edilməsinə görə vilayət rəhbərliyinə və həştərxanlılara təşəkkürlərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri