Icma.az
close
up
RU
“Heydər Əliyevin gənclər siyasəti: keçmişdən bu günə”

“Heydər Əliyevin gənclər siyasəti: keçmişdən bu günə”

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyevin gənclər siyasəti: keçmişdən bu günə” mövzusunda tədbir keçirib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında, eləcə də sosial-iqtisadi və digər sahələrdə fəal iştirak edir, intellektual potensialı və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə mühüm töhfələr verir.
O vurğulayıb ki, Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi irsimizin təbliğində fəallıq göstərirlər. Qeyd olunub ki, bütün bu nailiyyətlər gənclər üçün yaradılan geniş imkanların, müasir təhsil sisteminin və özünü təsdiq üçün formalaşdırılmış əlverişli mühitin nəticəsidir. Seyfəddin Əliyev bildirib ki, bu uğurların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon təşkilatının sədri qeyd edib ki, hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi gənclər siyasətinə sadiqliyini qəbul etdiyi qərarlarla ardıcıl şəkildə nümayiş etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xaricdə təhsili, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
S.Əliyev Vətən müharibəsinin Azərbaycan gəncliyi üçün ən həlledici sınaqlardan biri olduğunu deyib. O qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda qəhrəmancasına döyüşən gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. O, gənclərin yalnız döyüş meydanında deyil, arxa cəbhədə də fəallıq göstərərək ölkəmizlə bağlı həqiqətlərin və Ermənistanın törətdiyi vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını xüsusi vurğulayıb.
Daha sonra Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov qeyd ediblər ki, gənclər siyasətinin dövlət siyasətinin prioritet istiqamətinə çevrilməsi gənclərə göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycan gənclərinin dövlət dəstəyi ilə dünyanın aparıcı ali məktəblərində təhsil almaları və sonradan ixtisaslı kadrlar kimi ölkəmizin inkişafına töhfə vermələri dövlətin onlara olan etimadının əyani göstəricisidir.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin müəllimi Sevinc Bədəlbəyli, Masallı Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəis müavini Novruz Rufullayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Həmid Cəbiyev, şairə Şəfa Cəfərova və digərləri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan gəncliyinin qarşısında geniş imkanlar və böyük perspektivlər açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha hesablanan məqsədyönlü siyasətdir və sağlam, intellektual nəslin formalaşmasına xidmət edir.
Tədbirin sonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gəncə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Yanvar 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri