Icma.az
close
up
RU

Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi  keçirilib. Mərasim iştirakçıları ilk öncə  H.Əliyev xatirə parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi  ziyarət edərək önünə gül-çiçək  dəstələri qoyublar.
Anım mərasimi LDU-nun I saylı tədris korpusunda Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və bugünkü Azərbaycan” adlı birgə praktiki konfransı ilə  davam etdirilib.Tədbir iştirakçıları ulu öndərin xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq ulu öndər  Heydər Əliyevin  şərəfli həyat yolundan və fəaliyyətindən danışıb, ümummilli liderin Azərbaycanın müstəqillik qazanmasında, ölkənin ictimai-siyasi, iqtisadi və digər mühüm sahələrindəki əvəzsiz  rolundan bəhs edib, təhsil sahəsinin inkişafına göstərdiyi qayğıdan konkret faktlar əsasında söz açıb.

Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos.Kamal Mahmudov “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının banisidir” mövzusunda  məruzə edib. Məruzədə qeyd edilib ki, Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib.

Məruzə ətrafında LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rafiq Quliyev çıxış ediblər. Çıxışlarda   bildirilib ki, Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirən dahi liderin rəhbərliyi dövründə siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində böyük dönüşlərə və irəliləyişlərə nail olunub, ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun artması istiqamətində nəhəng işlər görülüb. Prezident İlham Əliyevin ümummilli lider tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu uğurla davam etdirməsi  Azərbaycanın gələcəyinə inamın təsdiqidir.

Konfrans Ümummilli lider H.Əliyevin həyat və fəaliyyətini əks etdirən videorolikin nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetində keçirilən ilk dərslərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi yolunda gördüyü çoxşaxəli fəaliyyətindən söz açılıb, kitab sərgiləri təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri