Icma.az
close
up
RU
“Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub” Alsu

“Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub” Alsu

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub” - Alsu

14 fevral – ilin ən romantik günündə məşhur rusiyalı müğənni Alsu Bakıda möhtəşəm solo konsertlə çıxış edib. “Caspian Media Group”un təşkil etdiyi tədbir Bakı Konqres Mərkəzinin səhnəsində baş tutub.

Müğənni Bakıdakı axşamını öz repertuarının ən romantik mahnılarından biri olan “Свет в твоём окне” ilə açıb.“Axşamınız xeyir, əziz Bakı!” – deyə səhnəyə çıxan ifaçı sevincini dilə gətirib.

O, Azərbaycanda yenidən çıxış etməkdən böyük məmnunluq duyduğunu qeyd edib:

“Burada sonuncu konsertim hələ 2000-ci illərin əvvəlində olub. Çox uzun zaman keçib və mənim sizə danışacaq çox şeyim var.

Hamınızı bayram münasibətilə təbrik edirəm! Ümid edirəm ki, zalda cütlüklər var və mənimlə birlikdə oxuyacaqlar”, – deyə Alsu pərəstişkarlarına müraciət edib.

İfaçı səmimi salamlamadan sonra repertuarındakı məşhur “Там, где рождается свет” mahnısını səsləndirib. Bütün gecə boyunca tamaşaçılar müğənniyə çiçəklər və hədiyyələr təqdim edib.

“Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri – Bakını mənə tanıtdığı üçün minnətdaram. O, həmişə deyirdi ki, burada yaşayan insanlar xüsusi bir enerjiyə malikdirlər. Bu, həqiqətən belədir! Siz elə mehriban və qonaqpərvər insanlarsınız ki, bunu sözlə ifadə etmək çətindir. Dünən restoranda şam yeməyi yeyərkən elə bil illərdir tanış olduğum insanlarla əhatələnmişdim. Məni bu qədər sevgiylə qarşılayan hər kəsə təşəkkür edirəm!” – deyə, o bildirib.

Müğənni “Lunная тропа”, “Весна”, “Вчера”, “Зимний сон” kimi hitlərini, həmçinin məşhur ingilisdilli “Solo”, “Always on my mind”, “Before you love me” və digər mahnılarını ifa edib. Bundan əlavə, o, tamaşaçıları yeni “Я учусь не бояться” mahnısı ilə sevindirib.

Hər bir çıxış canlı orkestrin müşayiəti ilə baş tutub və bu, sevgililər gününün romantik ab-havasını daha da artırıb.

“Sizin üçün ən sevdiyim mahnılarımdan birini – “К тебе” ifa etmək istəyirəm. Mən bu mahnını qızım Mikayella ilə birlikdə oxuyuram və ümid edirəm ki, növbəti dəfə Bakıya onunla gələcəyik və birgə çıxış edəcəyik”, – deyə Alsu vurğulayıb.

Müğənni 30 yaşını Bakıda qeyd etdiyini də xatırladıb:

“Ad günümüzdən sonra bütün ailə ilə burada bir ay qalmışıq. Həmişə o günləri sevgi ilə xatırlayıram. Uşaqlar bura heyran qalıb, ona görə də tez-tez gəlməyə çalışacağıq”, – deyə o əlavə edib.

Səhnədən öncə atasının onunla telefonla danışdığını bildirən ifaçı bunları deyib: “Atam məndən səhnədən mütləq deməyimi istədi ki, o, Azərbaycanı çox sevir”.

Bundan sonra o, konsertə müsbət enerji qatan “Все равно” mahnısını ifa edib və ardınca səhnəyə xalq artisti Emin Ağalarovu dəvət edib. Emin Alsuya möhtəşəm bir gül buketi təqdim edib və birlikdə tamaşaçıları Sevgililər günü münasibətilə təbrik ediblər. Ardınca “Разные” və “Вместе навсегда” mahnılarını birgə ifa ediblər.

“Xatırlayıram ki, 2000-ci illərin əvvəlində atamla birlikdə Bakıdakı bir tədbirə gəlmişik. Bu, “Lukoil” şirkətinə həsr olunmuş bir gecə olub və o zaman mənə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub. Onun ailəsini böyük hörmətlə xatırlayıram”, – deyə Alsu xatirələrini bölüşüb.

Bundan sonra ifaçı öz bəstələdiyi “Дочь отца” adlı mahnısını bütün atalara həsr etdiyini bildirib. Gecənin sürprizləri bununla da bitməyib. Müğənni səhnəyə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanı dəvət edib:

“Biz illərdir tanışıq və mən də sizin kimi bu əfsanəvi Azərbaycan estradasının kraliçasına heyranam. Onunla bir səhnəni paylaşmaq mənim üçün böyük şərəf olub”, – deyə Alsu qeyd edib.

Tamaşaçıları salamlayan Brilliant Dadaşova da Alsunun yaradıcılığını çox sevdiyini bildirib. Onlar birlikdə “Payız gəldi” mahnısını rus dilində ifa ediblər və bu çıxış zal tərəfindən böyük coşqu ilə qarşılanıb. Sözsüz ki, gecənin ən yaddaqalan sürprizlərindən biri olub.

Alsu tamaşaçılarla daim ünsiyyətdə olub, öz hekayələri ilə motivasiya edib, arzuların arxasınca getməyə səsləyib. Konsert nostalji hisslər oyadan “Иногда” mahnısı ilə başa çatıb. Tamaşaçılar ifaçıya uşaqlıqdan əzbərlədikləri mahnının sözləri ilə qoşulublar.

“Qarşınızda dərin hörmətlə baş əyirəm və yeni görüşlərədək! Mən sizi sevirəm!”, – deyə müğənni vida sözlərini səsləndirib.

Qeyd edək ki, Sevgililər Günündə Bakıda baş tutan solo konsert şəhər sakinləri üçün əsl hədiyyəyə çevrilib və bir daha sübut edib ki, musiqi qəlbləri birləşdirmək və insanlara sevinc, sevgi bəxş etmək gücünə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://olay.az
archiveBu xəbər 15 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri