Icma.az
close
up
RU
Yevlaxda Heydər Əliyevlə bağlı tədbir keçirildi

Yevlaxda Heydər Əliyevlə bağlı tədbir keçirildi

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Sitat.info  xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının Yevlax rayonu üzrə nümayəndəliyinin, rayonda fəaliyyət göstərən regional idarələrin, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, qazilər və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Heydər Əliyevin, ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz, uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

Anar Tağıyev Ulu Öndərin mənalı həyatı və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan Heydər Əliyevin şah əsəridir. 

İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ümummilli Liderin vəsiyyətini yerinə yetirib, Qarabağa azadlıq və sülh gətirib.

Tədbirin gedişində Yevlax məktəblərinin Respublika Fənn Olimpiadalarında yüksək nəticə əldə etmiş şagirdlərinə Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları, həmçinin, Yeni Azərbaycan Partiyasını sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.  

Tədbirin sonunda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri əməkdar artistlər  Almaz Orucova, Xəyyam Məmmədov, tanınmış musiqiçilər Rövşən Əziz, İdris Tağıyev, Vəfa Vəzirova tərəfindən Ulu Öndər Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş musiqilər səsləndirilib.

İfa edilən musiqilər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri