Icma.az
close
up
RU
Heykəltaraş soydaşımız: Ukraynada müharibəyə baxmayaraq yeni layihələr üzərində işləyirik

Heykəltaraş soydaşımız: Ukraynada müharibəyə baxmayaraq yeni layihələr üzərində işləyirik

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 30 yanvar, AZƏRTAC

Rusiyanın Ukraynaya başladığı müharibədən sonra yeni layihələr əsasən vətənpərvərlik mövzusunda olur. Hazırda da vətənpərvərlik mövzusunda yeni sifariş üzərində işləyirəm.

Bunu AZƏRTAC-a açıqlamasında Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin “Fəxri vətəndaşı”, soydaşımız Katib Məmmədov deyib.

Müharibənin ilk günlərindən Xarkovu tərk etməyən K.Məmmədov bildirib ki, bütün çətinliklərə baxmayaraq işlərini davam etdirir.

“Bu gün də çalışırıq. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Xarkov şəhərində müəllifi olduğum əsərləri şükür ki, qoruyub saxlaya bilmişik. Ümid edirik ki, müharibə tezliklə bitər, yeni layihələrlə Xarkov sakinlərini sevindirərik”, - deyə Katib Məmmədov əlavə edib.

Soydaşımız bildirib ki, bu yaxınlarda Poltova şəhərində müəllifi olduğu filosof, şair Qriqori Skovorodanın 3 metrlik heykəlinin açılışı da olub. Bu, müharibə dönəminin ən böyük layihələrindən biridir.

K.Məmmədov, həmçinin vurğulayıb ki, yaz aylarında Kiyevdə müəllifi olduğu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlinin açılışının olacağı gözlənilir. Onun sözlərinə görə, heykəl kompozisiyada Nizami Gəncəvinin ayrıca abidəsi və yanında müəllifi olduğu “Xəmsə”yə aid əsərlərin qəhrəmanları yer alacaq. “Xəmsə”yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiya dairəvi şəkildə təsvir olunacaq, yuxarıdan baxanda isə səkkizguşəli ulduz formasında görünəcək. Nizami Gəncəvinin bürüncdən olan heykəlinin hündürlüyü 2 metr, “Xəmsə”yə aid əsərlərin qəhrəmanlarından ibarət kompozisiyanın hündürlüyü isə 3-3,5 metr olacaq.

Xatırladaq ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Heykəl Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında ucaldılacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri