Alman ordusunda hazırlıq: “Ssenari üzərində işləyirik, Ukraynada...”
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müharibə başa çatdıqdan sonra Almaniya hərbçilərinin Ukraynadakı sülhməramlı missiyada iştirakı məsələsi açıq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius bildirib.
“Hazırlaşırıq, ssenarilər üzərində işləyirik, amma bunu məxfi şəkildə edirik”, - nazir deyib.
Pistoriusun sözlərinə görə, indi belə planların ictimai müzakirəsi vaxtı deyil və Bundesverin sülhməramlı missiyada iştirakı ilə bağlı qərar inkişaf edəcək şərtlər və hazırda müharibə aparan tərəflərin razılığından asılı olacaq.
Pistorius Almaniya xarici işlər naziri Annalena Berbokun Berlinin sülhməramlı missiyada iştirakı təklifini belə şərh edib.
Almaniyanın mümkün missiyada iştirakı Xristian Demokrat İttifaqının lideri, kanslerliyə namizəd Fridrix Merz kəskin tənqidinə səbəb olub. Siyasətçi indiki vaxtda belə spekulyasiyaların məsuliyyətsizlik olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Dekabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















