“Əllərin sehri” müsabiqəsinin yekun sərgisi açılacaq AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 28-də Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunmuş “Əllərin sehri” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq. Müsabiqə Mədəniyyət, Elm və Təhsil nazirlikləri, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi heykəltaraşlıq sahəsində fəaliyyəti olan gənclərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
Müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər uşaq, yeniyetmə və gənc, həmçinin bir neçə yuxarı yaş qrupunun nümayəndəsi fərqli materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim edib. Bu əl işləri arasından 140 müəllifin 160-a yaxın əsəri sərgi üçün seçilib.
Sərgi iştirakçıları sertifikatlarla, ən az 3 iştirakçı ilə yekun sərgidə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif olunacaq. Sərgidə seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzində 2 həftə ərzində nümayiş etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















