Icma.az
close
up
RU
Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşib

Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşib

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heyvan bazarlarının quruluşuna və yerləşməsinə dair tələblər müəyyənləşib.

Məlumata görə, tələblər yeni təsdiqlənən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarda əksini tapıb.

Belə ki, heyvan bazarları kənd təsərrüfatına yararsız torpaq sahələrində olmaqla, yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə zolaqları) gözlənilməklə yerləşdirilir:

- avtomobil yollarından - 30 metr;
- fermalardan - 200 metr;
- su hövzələrindən - 100 metr;
- sənaye müəssisələrindən - 100 metr;
- yaşayış binalarından - 100 metr;

Heyvan bazarlarında xidmət göstərən dayanacaqlar, istirahət meydançaları, ictimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılmalıdır. Eyni zamanda heyvan bazarları epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanmalıdır.

Heyvan bazarlarının yerləşdiyi ərazinin 4 tərəfi minimum 1.5 metr hündürlükdə, heyvanların hərəkətinin qarşısını alabilən material ilə hasarlanmalıdır. Heyvan bazarlarında insanlar və nəqliyyat vasitələri üçün ayrı giriş-çıxış qapıları olmalı və bu qapılardan kənar yerlərdən giriş-çıxışa yol verilməməli, bu qapılarda dezobaryerlər quraşdırılmalıdır.

Bundan başqa, heyvan bazarlarında heyvanların nəqliyyat vasitələrindən boşaldılaraq satış üçün nümayiş olunması və ya yüklənməsi üçün arakəsmələr, satışı həyata keçirilən heyvanların növünə və fizioloji vəziyyətinə (boğaz heyvanlar, balalı heyvanlar və s.) uyğun müvəqqəti yerləşdirilmə, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması, nəqliyyat vasitələrinin təmizlənməsi, yuyulması və dezinfeksiyası, yemlərin saxlanması, tullantıların toplanması, baytarlıq nəzarəti və inzibati (müdiriyyət, baytar müfəttişi, baytar həkimi və s. üçün otaqlar) və yardımçı (işçilərin soyunub-geyinmə, sanitar qovşaq, ləvazimatların və avadanlıqların saxlandığı, giriş-çıxış qapılarında nəzarətçi və s. otaqları ) bölmələri olmalıdır(Report).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see232

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see195

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see195

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see162

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see133

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see131

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see131

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see130

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see129

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see123

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri